?>

Sabiq rəsmi ağır zərbə altındadır

Sabiq rəsmi ağır zərbə altındadır

Azərbaycan dövlət başçısının keçmiş köməkçisi, hakimiyyətin məlum baş ideoloqu haqda qalmaqal səngimək bilmir.

ABNA24 Xəbər Verir, Turan Xəbər Agentliyi bu barədə yazır: Ölkədə şəxsi həyata müdaxilə və dinləmə ilə bağlı növbəti qalmaqal yaşanır. Amma sensasiya ondadır ki, bu dəfə qurban dövlət başçısının keçmiş köməkçisi, hakimiyyətin məlum baş  ideoloqu Əli Həsənovdur.

Yazıda deyilir ki, Əli Həsənovun tualetində gizli kameraların quraşdırılmasının blogerlərin işi olmadığını təxmin etmək çətin deyil. Bunu kimin edə biləcəyini də təxmin etmək çətin deyil. Amma maraqlısı odur ki, niyə Əli Həsənova belə ağır zərbə vurmaq qərarına gəliblər?

"Bu günlərdə KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlinin 18 milyon manatdan çox vəsaiti oğurlaması ilə bağlı Əli Həsənovun və  ailəsinin məhkəməyə çağırılması məsələsi qaldırılıb. Bu qurum uzun illər Əli Həsənovun kurasiyasında olub və bu qədər böyük məbləğ çətin ki təkcə Vüqar Səfərli tərəfindən mənimsənilsin. Ola bilsin ki, Həsənovu qalmaqallı video ilə şantaj edirlər ki, məhkəməyə gəlib ifadə versin. İşin ən gülünc tərəfi odur ki, Əli Həsənov uzun illər jurnalistlərə, fəallara və onların ailə üzvlərinə qarşı bu cür təxribatların həyata keçirilməsinə hər cür bəraət qazandırıb və ya göz yumub. İndi də özü belə vəziyyətə düşüb."- Turan Xəbər Agentliyinin məqaləsində belə vurğulanır. 

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*