?>
Afrika Xəbərləri - Keniya

Şərqi Afrikanın böyük Şiə alimi "Şeyx Abdullahi Nasirin" vida və dəfn mərasimi – Video

İslam və Şiəliyə dair 25-dən çox kitab və broşürlər yazıb nəşr etdirmiş, bərəkətli ömrünün son illərində isə Qurani-Kərimi suahili dilinə tərcümə və təfsir etmişdir. Və nəhayət, ömür boyu Səqəleyn-Quran və Əhli Beytin (əleyhimus səlam) Maarifini təhqiq edib təbliğ edəndən sonra 90 yaşında dünyasını dəyişdi.


Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ümumdünya Əhli-Beyt (əleyhimus səlam) Assambleyasının ümumi komitəsinin üzvü, Keniyadan olan tanınmış Şiə alimi mərhum Şeyx Abdullah Nasir Cümənin dəfn mərasimi keçirilib.

Şərqi Afrika regionunda şiəliyin yayılmasında mühüm rol oynamış bu şəxsiyyət ömrünün 50 ilindən çoxunu Əhli-Beyt (əleyhimus səlam) Məktəbinin qanuniliyini müdafiə etmişdir.

Mərhum Şeyx Abdullahi Cümə Nasirin cənazəsi Əl-Həsəneyn Məscidindən Mombasadakı Gancuni qəbiristanlığına aparılıb.

İslam və Şiəliyə dair 25-dən çox kitab və broşürlər yazıb nəşr etdirmiş, bərəkətli ömrünün son illərində isə Qurani-Kərimi suahili dilinə tərcümə və təfsir etmişdir. Və nəhayət, ömür boyu Səqəleyn-Quran və Əhli Beytin (əleyhimus səlam) Maarifini təhqiq edib təbliğ edəndən sonra 90 yaşında dünyasını dəyişdi.

Onun cənazəsi dünən, 11 dekabr 1400-cü il çərşənbə axşamı, əza saxlayan möminlər tərəfindən torpağa tapşırıldıqdan sonra Mombasadakı Gancuni qəbiristanlığında dəfn edildi.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*