?>

Sərhəd gərginliyi İran mediasının gündəmində-TƏHLİL

Sərhəd gərginliyi İran mediasının gündəmində-TƏHLİL

İranpress Xəbər Agentliyi Azərbaycanla Ermənistanın dövlət sərhədində davamlı olaraq atəşkəsin pozulmasını şərh edib.

ABNA24 Xəbər Verir, agentlik bildirir ki, Azərbaycanın Müdafiə Nazirliyi ölkə Silahlı qüvvələrinin mövqelərinin erməni qüvvələri tərəfindən tez-tez atəşə tutulması haqda məlumat yayır. Baş verənlər Bakı ilə Yerevan arasında qarşılıqlı inamsızlığın davam etdiyini göstərir. Odur ki, iki ölkə arasındakı qarşılıqlı etimadsızlıq şəraitində ikitərəfli sazişlərin həyata keçirilməsi üçüncü, daha güclü ölkənin iştirakı ilə mümkündür. Amma fakt odur ki, bölgədə atəşkəsin pozulması, gərginliyin davam etməsi Rusiyanın öz qoşunlarını bu regiona yerləşdirməsinə rəğmən baş verir.

Məqalə müəllifinin qənaətincə, Ermənistanla Azərbaycan arasında atəşkəsin davamlı pozulması və insan tələfatları münaqişə tərəflərinin artıq yeni sənəd, yaxud sülh müqaviləsi imzalamalı olduqlarını göstərir. Ermənistanın baş naziri Nikol Paşinyan da son çıxışlarından birində Azərbaycanla mübahisələri diplomatik yolla həll etmək istəyini dilə gətirib. O, Bakı ilə sülh sazişi imzalamağın vacibliyini vurğulayıb.

Nikol Paşinyan Ermənistan hökumətinin hələ bu ilin aprelində keçirilən iclasında demişdi: “Beynəlxalq tərəfdaşların iştirakı ilə əldə edilmiş ilkin razılaşmalar Ermənistanın maraqlarına tam uyğundur. Azərbaycan bu razılaşmaları Ermənistanın qəbul etdiyi şərtlərLə həyata keçirərsə, mən yeni sənəd imzalayacağam”.

Müəllif hesab edir ki, Baş nazirin bu sözləri Bakı ilə Yerevanın mühüm razılaşmalar əldə etdiklərindən xəbər verir. Amma görünən odur ki, razılaşmaların imzalanmasına, tətbiqinə qədər hərbi qarşıdurmalar davam edəcək. Bəzi ehtimallara görə, Azərbaycan və Ermənistan qoşunları arasındakı gərginlik və toqquşmalar fonunda yeni sənədin imzalanmasına zəmin yaradılır.

Ermənistanın Vatikandakı keçmiş səfiri Mixail Minasyan bir müddət əvvəl Paşinyanla Əliyev arasında gizli razılaşmaların olduğunu demişdi. Lakin baş verənlər fonunda istər Ermənistanı, istərsə də Azərbaycanın təhrik etməyə çalışan bəzi xarici dövlətlərin rolunu da gözdən qaçırmaq olmaz. Onlar nə vaxt öz maraqlarına təhlükə görsələr, bölgədə qarışıqlıq yaratmağa, bununla da öz maraqlarını təmin etməyə çalışırlar.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*