?>

Sənada geniş Fələstin görüşü

Sənada geniş Fələstin görüşü

Yəmənli siyasi partiyalar və qruplar Sənada Fələstinli qrupların nümayəndələri ilə görüşdə, Yəmənlilərin, əsrin sazişinə, ilhaq və sionistlərlə münasibətləri normallaşdırma planına qarşı fələstinlilərə dəstək olduqlarını vurğulayıblar.

ABNA24 Xəbər Verir, Ənsarullah hərəkatının Fələstin məsələləri üzrə xüsusi nümayəndəsi Hassan Həmran həmin görüşdə vurğulayaraq bildirib: "Bütün Fələstin ərazisinin azad olunmasına qədər Ənsarullahda Fələstinlilərin kənarındadır."

Həmranın açıqlamaları, Yəmən siyasi partiyaları və qruplarının Fələstinli qrupların nümayəndələri ilə "Fələstin ilhaq və normallaşma arasında" adlı möhtəşəm görüşündə səsləndirilib.
Həmran əlavə olaraq deyib: Ərəb quruluşları tərəfindən İsrail ilə münasibətlərin normallaşması və ilhaq planınınmüsbət qarşılanması, şəhidimizin ifadələrini yada salır ki deyirdi "Biz faktların və həqiqətlərin üzə çıxması dövründə yaşayırıq" 
Həmin görüşdə İslami Cihad hərəkatının Yəməndəki nümayəndəsi Əhməd Bərəkat da deeib: “Yəmənlilər fələstinlilərin yanındadır, baxmayaraq bəzi təşkilatlar sionist rejimlə münasibətləri normallaşdırır.”
Həmas nümayəndəsi Moaz Abu Şəmalə də vurğulayaraq deyib: “Fələstinin və müsəlman ümmətinin əsl düşməni sionist rejim və onun tərəfdaşlarıdır.”
Abu Şəmalə əlavə edib: “Əsrin sövdələşməsi amerikalıların Fələstinin məhvi istiqamətində hazırladığı planın son mərhələsidir, lakin bəzi qurumların sionistlərlə münasibətləri normallaşmasına baxmayaraq bu plan heç vaxt uğur qazanmayacaq."
Həmas nümayəndəsi belə vurğulayıb: “Fələstin Muxtariyyətini Əsrin sövdələşməsi və ilhaqin ləğvi üçün qərarlar həyata keçirməyə və Fələstinin məhvinə istiqamətləndirilmiş planları zırırsizləşdirmək e üçün millətlə birləşməyə çağırırıq . Yəmənin Ənsarullah hərəkatının lideri Əbdül-Malik əl-Husiyə, Ərəbistanda Yəmənli məhbusların olmasına da baxmayaraq Səudiyyə Ərəbistanındakı Fələstinli məhbuslar ilə Səudiyyə pilotlarınının mübadiləsi planınını irəli sürdüyü üçün təşəkkür edirəm.”

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*