?>
Qarabağ İslam Torpağıdır

Şəhidimizin nəşi üzərində Hz. Əli Əsğərə mərsiyyə deyən Şuşa Fatehləri – Video

Onlar döyüşə başladıqda “Bismillah” deyib, “Ya Sahib Zaman!”, “Ya Əbülfəz!”, “Ya Hüseyn!”, “Allahu Əkbər!”, “Ləbbəykə Ya Hüseyn!”, “Ləbbeykə Ya Əli!”, “Allah ! Muhəmməd! Ya Əli!”, “Ya Əli Kimdir Axı erməni!”, “Ya Əli! Ancaq İrəli!” kimi dini şüarlarla nərə çəkərək, düşmən qüvvəsinin qəlbinə xof və qorxu salıb cəbhə boyu irəliləyirdilər.


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, 2020-ci il Sentyabrın 27-də işğalçı Ermənistan silahlı birləşmələri böyük təxribat törətmək məqsədi ilə İslam Dünyasının ayrılmaz güşəsi olan Əhli Beyt Yurdu Azərbaycan Respublikasının ərazilərinə hücum etdi. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi məlumatı yayımlandı: "Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb, düşmənə sarsıdıcı zərbələr endirir, şəhidlərimiz var...". Azərbaycan Ordusunun hissələri hücumun qarşısını qətiyyətlə aldı. Əks-hücum əməliyyatına başlanıldı. Azərbaycanda hərbi vəziyyət və qismən səfərbərlik elan edildi.

Bütün cəbhə boyu şiddətli döyüşlər davam edir, düşmən müqavimət göstərirdi. Azərbaycanın İmam Hüseynə (əleyhi səlam) aşiq olan Ordusu müdafiə xəttini yarmaq üçün qətiyyətlə döyüşürdü. Onlar döyüşə başladıqda “Bismillah” deyib, “Ya Sahib Zaman!”, “Ya Əbülfəz!”, “Ya Hüseyn!”, “Allahu Əkbər!”, “Ləbbəykə Ya Hüseyn!”, “Ləbbeykə Ya Əli!”, “Allah ! Muhəmməd! Ya Əli!”, “Ya Əli Kimdir Axı erməni!”, “Ya Əli! Ancaq İrəli!” kimi dini şüarlarla nərə çəkərək, düşmən qüvvəsinin qəlbinə xof və qorxu salıb cəbhə boyu irəliləyirdilər. Müdafiə Nazirliyinin cəbhədəki vəziyyətlə bağlı keçirdiyi brifinqdə Füzuli və Suqovuşan istiqamətində düşmən müdafiəsinin yarılması, düşmənin Murov yüksəkliyindən uzaqlaşdırılması haqqında məlumat verildi. Bu informasiya ictimaiyyətin də, döyüşənlərin də ruh yüksəkliyinə səbəb oldu. Bu, dönməz coşqu idi.

Digər tərəfdən də Azərbaycanın Şiə Xalqı döyüşən orduya maddi və yüksək səviyyədə mənəvi dəstəyini əsirgəmirdi. Xalqın bu inamı, bu güvənci döyüşənlərin qələbə ruhunu kükrədirdi.

Dünya ictimaiyyətinin diqqəti Azərbaycana və Azərbaycanın apardığı ədalətli müharibəyə yönəlmişdi. Azərbaycan Respublikası dünya ictimaiyyətinə ünvanladığı tək mesajı bu idi: "Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda Şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!".

Ordu hissələrimiz döyüşə-döyüşə qələbələr qazanırdı. Oktyabrın 3-də Suqovuşan düşməndən azad  edildi. Bu qələbə ordunun döyüş əzmini, qələbə ruhunu daha da kükrətdi. Düşmən ilk böyük məğlubiyyətə uğradıldı. Xalq bu qələbəni Böyük Qələbənin başlanğıcı bildi. Döyüşçülərimiz Cəbrayıl istiqamətində düşməni müdafiənin dərinliyinə sıxışdırırdı. Oktyabrın 4-də Cəbrayıl rayon mərkəzi işğaldan azad edildi. Xalq bu qələbəni də böyük coşqu ilə qarşıladı.

Cəbhədə ağır zərbələr alan düşmən məğlubiyyətin acısını hiss etmişdi, əsgərləri də, zabitləri də silahı, sursatı, döyüş texnikasını atıb qaçırdı. Azərbaycanın Hüseynçi hərbiçiləri döyüşə-döyüşə irəliləyir, yeni yaşayış məntəqələrini, strateji yüksəklikləri işğaldan azad edirdi. Düşməndən azad olunan səngərlər, istehkamlar təsdiqləyirdi ki, düşmən çox ciddi müdafiə səddi yaradıbmış. Lakin gərgin döyüşlər zamanı elə bir vəziyyət yaranmışdı ki, düşmən geri çəkiləndə növbəti səngərdə möhkəmlənə bilməyir, geri çəkilməyə məcbur olurdu...

Çətin fiziki çoğrafi şəraitlərdə, dağlıq, meşəlik şəraitində döyüş tapşırığını yerinə yetirən İmam Hüseyn (əleyhi səlam) Məktəbinin davamçıları böyük qəhrəmanlıqlar göstərdilər. Onlar hərbi nəzəriyyəyə əsasən, qəfillik və düşmənin gözləmədiyi yerdən onu vurmaqla, keçilməz qayalardan, meşələrdən, çiskinli, dumanlı və yağışlı havalarda da düşmənin içərisinə sızmağı bacardılar, mümkün olmayanı mümkün edə bildilər.

Suqovuşan, Cəbrayıl, Ağoğlan, Füzuli, Xudafərin, Zəngilan, Qubadlı, Şuşa iş-ğaldan azad edildi. Döyüşdə məğlubiyyətini qəbul edən düşmən üçtərəfli razılaşmanın şərtlərinə əsasən Ağdam, Kəlbəcər və Laçından çıxmaq məcburiyyətində qaldı.

Müşahidə edəcəyiniz videoda da İkinci Qarabağ Müharibəsndə böyük şücaət və rəşadətliklərlə iştirak edən İmam Hüseyn (əleyhi səlam) Məktəbinin yenilməz davamçılarıdır. Onlar döyüş bölgəsində hələlik adı bilinməyən Şəhidin cənazəsini taparaq özləri ilə arxa cəbhəyə evakuasiya edirlər. Yolda hərbiçilərdən biri İmam Hüseynin körpə balası həzrəti Əli Əsğərə mərsiyə oxuyaraq Şəhidlərimizin ruhunu şad edir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*