?>
İmam Zaman Əsgəri

Şəhid Mahsun Bağırzadənin İmam Hüseynə oxuduğu mərsiyinə onun yas mərasimində oxudular – Video

Şəhidlər Ağası həzrət İmam Hüseynə (əleyhi səlam) mərsiyələr oxuyub, əsgərlərə ruh yüksəkliyi verən əsgər və zabitlərimizin əcri Allah Qatında daha böyük və əzəmətlidir. Belə Hüseynçi hərbiçilərimizdən biri də, şəhid Mahsun Bağırzadədir.


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Vətənin işğal olunmuş ərazilərinin düşmən əlindən azad ediməsi səbəbilə ağarılan İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycanın Hüsynçi övladları xüsusi rəşadətlik və cəsurluq nümayiş etdirərək torpaqlarımızın böyük hissəsini azad etmişlər.

Şəhidlər Ağası həzrət İmam Hüseynə (əleyhi səlam) mərsiyələr oxuyub, əsgərlərə ruh yüksəkliyi verən əsgər və zabitlərimizin əcri Allah Qatında daha böyük və əzəmətlidir. Belə Hüseynçi hərbiçilərimizdən biri də, şəhid Lənkəran Regional Elmi Mərkəzinin işçisi Mahsun Zahir oğlu Bağırzadədir.

Şəhid Mahsun Bağırzadə 1996-cı ildə Lənkəran rayonunun Xanbulan kəndində doğulub. Orta təhsilini Xanbulan kənd adına orta məktəbdə alıb.

İgid əsgərimiz bu ilin iyulunda Tovuzda baş vermiş döyüşlər zamanı könüllü cəbhəyə yazılıb və sentyabrın 27-də başlayan ordumuzun əks-hücum əməliyyatı zamanı istəyinə çatıb. Beləliklə, Mahsun İkinci Qarabağ müharibəsinin içtirakçısı olub və Füzuli istiqamətində gedən azadlıq müharibəsində döyüşlərə atılıb.

Şəhidimizin əsas döyüş yolu Füzulidən keçib. Füzulidə gedən ağır döyüşlərdə xüsusi fəallıq göstərib, sona qədər vuruşaraq qəhrəmancasına şəhid olub.

Onun döyüş bölgəsində, İmam Hüseyn (əleyhi səlam) haqqında əsgərlərimiz üçün oxuduğu mərsiyəni yas mərasimində oxuyub İmam Hüseynə ağladılar...

Allah Təla Cəmi şəhidlərimizə rəhmət etsin. Onların ruhlarını bizlərə duaçı qərar versin. Amin

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*