?>
Qarabağ İslam Torpaqlarıdır

Şəhid Kərbəlayi Əli Turac oğlu Quliyev barəsində qəsa məlumat - Video

İkinci Qarabağ Müharibəsində bəziləri Allahn Hakimiyyətinin ərazi bütövlüyü uğrunda canlarından keçərək Şəhidlik məqamına ucalmış, bəziləri isə müxtəlif bədən xəsarətləri alaraq Qazilik məqamına yüksəlmişlər... Onlardan biri də Şəhid Kərbəlayi Əli Turac oğlu Quliyevdir.


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, işğalçı Ermənistan qüvvələrinin Azərbaycan Respublikasına qarşı başlatdığı İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan Şiə Xalqı bir daha Allah Təalaya təvəkkül edib, Qurani Kərim, Peyğəmbər və Əhli Beytə (əleyhimus səlam) təvəssül edib erməni faşistlərinə qarşı daha ciddiyyətli döyüşdülər.

Allah Təalanın onlara bəxş etdiyi böyük ruh yüksəkliyi ilə hər gün torpaqları erməni işğalından azad edirdilər... Bu qəhrəmanlardan bəziləri Allahn Hakimiyyətinin ərazi bütövlüyü uğrunda canlarından keçərək Şəhidlik məqamına ucalmış, bəziləri isə müxtəlif bədən xəsarətləri alaraq Qazilik məqamına yüksəlmişlər... Onlardan biri də Şəhid Kərbəlayi Əli Turac oğlu Quliyevdir.

Quliyev Əli Turac oğlu 20 oktyabr 2001-ci ildə İran İslam Respublikasının Məşhəd şəhərində dünyaya göz açıb. Altıncı sinfə qədər təhsilini orada alıb. Bundan sonra o, ailəsi ilə birlikdə doğma ünvana – Masallı rayonunun Böyük Kolatan kəndinə köçüb. Təhsilini şəhid Simran Rzayev adına kənd tam orta məktəbində davam etdirib. 2019-cu ildə orta təhsilini başa vurub...

Sentyabrın 27-dən başlayan İkinci Qarabağ müharibəsində düşmənin bir neçə postunun alınmasında fəal iştirak edib. Oktyabrın 26-dan 27-nə keçən gecə Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə ucalıb. Şəhid 29 Oktyabr tarixində Böyük Kolatan kənd (Bağıroba) qəbiristanlığında dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020- ci il tarixli Sərəncamına əsasən Silahlı Qüvvələrin əsgəri Əli Quliyev (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif olunub.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəјə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*