?>
Qarabağ İslam Torpağıdır

Şəhid Gizir Qasımov Təbriz Ramiz oğlu haqqında qızcığazın verdiyi qısa məlumat - Video

Əgər bir ictimaiyyət eyş və işrət düşgünü olaraq öz şəhidlərini unutqanlığa verərsə o toplumda şəhidlər ölmüşdür

Quran Kəqimdə, Ali İmran sürəsinin 170-ci ayəsində Allah Təalanın buyuruduğu kimi “Onlar (Şəhidlər) Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.” Şəhidlər diridirlər və ölməyiblər.


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikası xeyli sayda imanlı, dürüst, vətənin keşiyində duran Hüseynçi igidləri şəhid verdi...

Quran Kəqimdə, Ali İmran sürəsinin 170-ci ayəsində Allah Təalanın buyuruduğu kimi “Onlar (Şəhidlər) Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.” Şəhidlər diridirlər və ölməyiblər. Amma əgər bir ictimaiyyət eyş və işrət düşgünü olaraq öz şəhidlərini unutqanlığa verərlərsə bu zaman o toplumda artıq şəhidlər ölmüş sayılır. Və bu ən qorxulu bir hadisədir ki, düşmən qüvvəsinə qələbə çalmış bir xalqın başına gələ bilər.

Allah naminə Vətənin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Şəhid Gizir Qasımov Təbriz Ramiz oğlu Azərbaycanın Hüseynçi hərbiçilərindən biri idi.

Aşağıda müşahidə edəcəyiniz videoda Şəhid Gizir Qasımov Təbriz Ramiz oğlu haqqında qızcığaz balamız qısa məlumat verir.

Şəhidimiz 07.11.2020 tarixdə Yemşənli kəndində torpağa tapışırıldı.

Ruhun şad olsun vətən oğlu yerin heç şübhəsiz cənnətdir

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*