?>
Qarabağ İslam Torpağıdır

Şəhid bir güldür İmam Hüseyn (ə) onu öz bağında əkir. Allah bizi İmam Hüseynin (ə) yanında xəcalətli qoymasın!- Video

...Döyüşdən sonra ələ keçirtdikləri düşmənin mövqelərində qərar tapan igidlər bir-bir ürək sözlərini deyirlər. Şəhidlərə rəhmət göndərib, şəhid analarına, şəhid valideynlərinə ürək-dirək verirlər. Azərbaycan xalqına və yaşadıqları şəhər və rayonlara salamlarını çatdırırlar. Hərbiçilərdən biri də belə deyir: “Allah bizi İmam Hüseyndən (əleyhi səlam) ayrı salmasın! Şəhid bir güldür İmam Hüseyn (əleyhi səlam) onu öz bağında əkir. Allah bizi İmam Hüseynin (əleyhi səlam) yanında xəcalətli qoymasın!


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, 1800-ci ilin əvvələrindən başlayaraq düşmən qüvvələri Qafqaz regionunda nufuza sahib olmaqları üçün İranla müharibə apararaq bu əraziləri Gülüstan və Türkmənçay müqavilələri əsasında işğal etdilər.

Çar Rusiyası bölgədə demoqrafiq dəyişilik etmək məqsədi ilə, Osmanlı və İranın mərkəzi ərazilərindən haylar və yezdi kürdləri gətizdirərək Qafqazda yerləşdirməyə başladı. Habelə “sürgün” bəhanəsi ilə Çar Rusiyasının müxtəlif bölgələrindən malakanlar və sair xristian və yəhudi xalqlarını gətizdirərək Qafqazın ən füsünkar və strateji ərazilərində bütün imkanatları ilə onlara yer verdi. Azərbaycan Şiəsinə heç bir adiyyatı olmayan Birinc ivə İkinci Dünya müharibəsi, siyasi gərginliklər, represiyalar və s. bəhanələr ilə azərbaycanlıları digər Müsəlmanlar kimi kütləvi sürətdə qırğına verirdi. Bütün bunlar Müsəlman əhalisinin Qafqazda nüfuzunun azalması, sayının kiçilməsi məqsədini daşıyırdı...

20-ci əsrin əvvələrindən başlayaraq ilk öncə Qərb dövlətləri və Amerika Birləşmiş Ştatlarında, 1980-cı il və SSRİ-nin dağılmasından sonra 90-cı illərdən başlayaraq bütün dünyada olduğu kimi Azərbaycan Respublikasında da silahlı müharibələrlə paralel Müsəlman xalqının mənliyini, dəyər və mahiyyətini overton pəncərəsi adlı konsepsiya ilə 180 dərəcə dəyişdirməyə cəhd etdilər. İmperialist sionist qüvvələr ateist, deist, iqnoistlər, feminist, homoseksual, manıslar və s. mənfur ünsürlərdən istifadə edərək kütləvi sürətdə hücuma keçərək soyuq müharibəyə başladılar və günü bu günə kimi də bu soyuq müharibə günü-gündən daha da şiddətlənib, genişlənməkdədir...

İkinci Qarabağ Müharibəsi də əslində böyük qüvvələr tərəfindən Şiə Xalqının demoqrafik baxımdan azalmasını və yaddaşlardan silinməsini nəzərə almışdır. Lakin bu müharibə bir daha göstərdi ki, Azərbaycan Xalqı öz dininə, məzhəbinə, mintalitetinə və İlahi Dəyərlərinə sadiq bir xalqdır. Şiəliyin əleyhinə kütləvi sürətdə, genişmiqyaslı təbliğatlar aparılmasına baxmayaraq, Allah Təala, həmişəki kimi bu dəfə də düşmənlərin planlarını puça çıxartdı.

Belə ki, bu ölkənin igid və qeyrətli oğulları Allah Təalaya etdikləri ibadətləri, qıldıqları namazlar, tutduqları oruclar ilə “Allahu Əkbər!”, “Ya Əli! Ancaq İrəli!”, “Ləbbeykə Ya Hüseyn!”, “Ləbbeykə Ya Əli!”, “Allah! Muhəmməd! Ya Əli! Kimdir Axı Erməni!” kimi şüarlar səsləndirib, düşmən üzərinə şığıyır, torpaqları azad edir, düşmənin qəlbinə xof və vəhşət salırdılar...

Müşahidə edəcəyiniz videoda şanlı Azərbaycan xalqının Hüseynçi hərbiçiləri erməni işğalda olan şəhər və rayonları azad edənlərdir... Döyüşdən sonra ələ keçirtdikləri düşmənin mövqelərində qərar tapan igidlər bir-bir ürək sözlərini deyirlər. Şəhidlərə rəhmət göndərib, şəhid analarına, şəhid valideynlərinə ürək-dirək verirlər. Azərbaycan xalqına və yaşadıqları şəhər və rayonlara salamlarını çatdırırlar. Hərbiçilərdən biri də belə deyir: “Allah bizi İmam Hüseyndən (əleyhi səlam) ayrı salmasın! Şəhid bir güldür İmam Hüseyn (əleyhi səlam) onu öz bağında əkir. Allah bizi İmam Hüseynin (əleyhi səlam) yanında xəcalətli qoymasın!

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*