?>

Ruslar Rəşt-Astara dəmir yolunu tamamlamağa hazırdır

Ruslar Rəşt-Astara dəmir yolunu tamamlamağa hazırdır

İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri ilə Rusiya baş nazirinin müavini arasında keçirilən görüşdə Rusiya tərəfi bildirib ki, Vladimir Putin Rəşt-Astara dəmir yolunun çəkilişində Rusiyanın iştirakı ilə razıdır və onun ölkəsi İranın BRİKS-ə üzvlüyünü izləməkdə qərarlıdır.

ABNA24 Xəbər Verir , İranın sənaye, mədən və ticarət nazirinin müavini və Ticarətin Təşviqi Təşkilatının sədri Əlirza Peymanpak Rusiyanın Sankt-Peterburq şəhərinə səfəri zamanı Rusiya baş nazirinin müavini Aleksey Overçukla görüşüb. 

Görüş zamanı Overçuk bildirib ki, Rusiya prezidenti Vladimir Putin Rəşt-Astara dəmir yolunun çəkilişində Rusiyanın iştirakına razılıq verib və şimal-cənub dəhlizinin aktivləşdirilməsi Moskva tərəfindən müsbət qarşılanıb.

Görüşün davamında iki rəsmi pul məsələlərini, müştərək istehsal üzrə işçi qrupların formalaşdırılması, Rusiya zavodlarının İranda istehsal olunan sənaye hissələri ilə təmin edilməsi, İranın şimalında və cənubunda birgə azad zonaların yaradılması məsələlərini də müzakirə ediblər.

Peymanpak, həmçinin Rusiyanın İranın dəmir yolu nəqliyyatı donanmasının, Xəzər dənizində gəmiçilik donanmasının və İranın yol donanmasının modernləşdirilməsində rolunu vurğulayıb.

Rusiya baş nazirinin müavini də rusların sanksiyaların ləğv edilməyəcəyini bildiklərini bəyan edərək, düşmənlərin iki ölkənin nəhəng resurslarına tamah saldığını bildirib və yeni pul və bank mübadiləsi üsullarının yaradılmasının vacibliyini vurğulayıb.

Rusiya tərəfi onun ölkəsinin İranın BRİKS-ə üzvlüyünü izləməkdə qərarlı olduğunu bildirib və İrana Avrasiya İqtisadi İttifaqına müşahidəçi dövlət kimi qoşulmağı təklif edib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*