?>

Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya təhvili oğurluqdur

Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya təhvili oğurluqdur

Rusiyanın xarici işlər naziri Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin Rusiyanın xarici valyuta ehtiyatlarının saxlanıllması və onların Ukraynaya, bu ölkənin bərpa xərclərinə yardım məqsədilə təhvil verilməsinə dair təklifini oğurluq adlandırıb.

ABNA24 Xəbər Verir , Sergey Lavrov Əlcəzairə səfərinin sonunda qeyd edib ki, bu təklif bir oğurluqdur və onlar hətta bunu gizlətmirlər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı günü öncədən elan edilməmiş bir səfərdə Əlcəzairə daxil olub və bu ölkənin xarici işlər naziri Rəmtan Ləmamrə və Əlcəzair prezidenti Əbdülməcid Təbbunla görüşüb.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel bazar ertəsi günü «Faynenşel Tayms»la müsahibədə Moskvanı Ukrayna müharibəsinin xərclərini ödəməyə vadar etmək tərzi barədə Qərbdə gedən bəhslərlə yanaşı, deyibdir ki, Avropa Birliyinin paytaxtları Ukrayna müharibəsində baş vermiş dağıntıların bərpa xərclərinin ödənişinə yardım istiqamətində Rusiyanın dondurulmuş xarici valyuta ehtiyatlarından istifadəni nəzərdə tutmalıdırlar.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*