?>

Rusiyalı sülhməramlıların komandirinin Qarabağda xidmət müddəti başa çatıb

Rusiyalı sülhməramlıların komandirinin Qarabağda xidmət müddəti başa çatıb

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradovun missiyası başa çatıb.

ABNA24 Xəbər Verir, rus general bu münasibətlə Ermənistan Müdafiə nazirinin qəbulunda olub və onunla vidalaşıb, Muradov eyni zamanda separatçıların başçısı Araik Arutunyanla da vidalaşıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, görüş zamanı Arşak Karapetyan Rüstəm Muradova Qarabağda sülhün qorunması səylərinə görə minnətdarlığını bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd olunur ki, görüş zamanı tərəflər Qarabağda “sülhməramlı” missiyanın gedişatını, həmçinin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Maraqlıdır ki, sülhməramlıların rəhbəri vəzifəsini tərk edərkən Azərbaycan tərəfdən heç kimlə görüşməyib.

Azərbaycan mətbuatı yazır ki, Qarabağda xidmət göstərməsinə baxmayaraq, Muradovun Ermənistan Müdafiə naziri qarşısında hesabat verməsi, ardıyca isə separatçı dəstəbaşı ilə görüşməsi onun son addımında belə, Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətsizliyi kimi tarixə yazıldı.

Qeyd olunur ki, sülhməramlıların işi münaqişə tərəfləri arasında dayanıb atəşkəsə nəzarət etməkdir. Amma Rusiya sülhməramlıları səlahiyyət hədlərini aşır, özlərini bölgənin sahibi kimi aparmaqla Azərbaycan xaıqını qıcıqlandırmaqla məşğuldurlar.

Rüstəm Muradov 2020-ci ilin noyabrında Dağlıq Qarabağdakı rus sülhməramlılarının komandiri təyin edilib.

Muradovu Rusiya ordusunun Cənub Hərbi Dairəsinin komandir müavini general-leytenant Aleksey Avdeev əvəz edəcək.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*