?>

Rusiyadan ABŞ-a yeni xəbərdarlıq

Rusiyadan ABŞ-a yeni xəbərdarlıq

Rusiyanın Vaşinqtondakı səfirliyi Amerikanın Avropa ölkələrində ultrasəs raketlərinin yerləşdirilməsi üzrə planı barədə xəbərdarlıq edib və onu istənilməz toqquşmaların amili adlandırıb.

ABNA24 Xəbər Verir, “Biz ABŞ müdafiə nazirliyinə xəbərdarlıq etməliyik ki, Avropa ölkələrində hər cür ultrasəs raketlərinin yerləşdirilməsi son dərəcə səbatsızlıq yaradandır”-deyə Rusiyanın Vaşinqtondakı səfirliyi bildirib.

Səfirlik öz tvitter hesabında yaydığı bu bəyanatda qeyd edibdir ki, həmin raketlərin uçuşlarının qısa zaman çəkməsi Rusiyanın qərar çıxarmaq üçün az bir zamana malik olmasına bais olacaq ki, bu da istənilməz toqquşmaların baş verməsi ehtimalını artıracaqdır.

Pentaqon sözçüsü Con Kerbi son zamanlar öz mətbuat konfransında Rusiyanın ultrasəs raketinin “Admiral Qorşkov” freqatından sınaqdan keçirilməsinə reaksiyada demişdi ki, Rusiyanın yeni ultrasəs raketləri potensial şəkildə “səbatsızlıq yaradan” ola bilərlər, zira onların təhlükəsini artıra bilən nüvə başlıqları daşıya bilərlər.

Rusiya müdafiə nazirliyi dünən Ağ dənizdən Barents dənizi istiqamətinə “Sirkon” tipli ultrasəs raketin uğurlu sınağından xəbər verdi.

Sürəti saatda 4500-10200 kilometr civarında olan bu raketin mənzili, beş yüz kilometrdən çoxdur.

Rusiya prezidenti Vladimir Putin 2019-cu ildə bu raketin inkişaf etdirilməsindən xəbər verərək, dedi ki, onun mənzili min kilometrə çata bilər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*