?>

Rusiyada siyahıyaalma keçirilir

Rusiyada siyahıyaalma keçirilir

Rusiya əhalisi ildə 500 min ilə 1 milyon arasında azaldığı və bu məsələnin Kremlin böyük narahatlığına səbəb olduğu bir halda, Rusiyada əhalinin siyahıyaalınması prosesinə start verilib.

ABNA24 Xəbər Verir, bu, Sovet İttifaqının dağılmasından sonra müasir dövrdə Rusiyada keçirilən sayca üçüncü siyahıyaalmadır. Proses oktyabrın 15-dən başlayıb və noyabrın 14-dək davam edəcək. 

Rusiyada 2002 və 2010-cu illərdə keçirilən əvvəlki siyahiyaalma prosesindən fərqli olaraq, bu dəfə qabaqcıl texnologiyalardan istifadə ediləcək. 

Rusiya əhalisi 1991-ci ildə Sovet İttifaqının dağılması ərəfəsindəki 148 milyon nəfərdən, hazırda ölüm, abort və iqtisadi gərginliklər səbəbindən 146 milyon nəfərə qədər azalıbdır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*