?>

Rusiya Qarabağa qoşun gətirir?

Rusiya Qarabağa qoşun gətirir?

Ermənistan mətbuatının iddiasına görə, Rusiya Ermənistandakı hərbi bazasının bir hissəsini Qarabağa köçürmək istəyir.

ABNA24 Xəbər Verir, daxil olan məlumata əsasən, Rusiya Ermənistandakı 102 saylı hərbi bazasının bir hissəsini Qarabağa köçürmək fikrinə düşüb.

Xəbərdə deyilir ki, İrəvan və Moskva bu istiqamətdə ciddi müzakirəyə başlayıb. Ermənistan mətbuatı buna çox vacib xəbər kimi yanaşır və az qala bütün saytlarda məsələ müzakirəyə çıxarılıb.

Razılıq əldə olunsa, hərbi birləşmələrdən biri Qarabağ istiqamətində yerləşdiriləcək. Hələlik dəqiq koordinatlar verilməyib. Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan söhbətin Ermənistanın şərqindən getdiyini bildirib. O, məqsədin həm də ölkə sərhədlərini daha yaxşı qorumaq olduğunu bildirib. Arutyunyan Rusiya ilə əməkdaşlıqdan çox məmnun olduqlarını deyib.

Xatırladaq ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan noyabrın 10-da üçtərəfli razılaşmaya imza atıb. Razılaşmaya görə, Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!