?>

Rusiya Minsk qrupunun digər üzvlərindən siqnal almayıb

Rusiya Minsk qrupunun digər üzvlərindən siqnal almayıb

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Minsk qrupunun işinin bərpa olunması barədə digər 2 həmsədrdən siqnal almadığını deyib.

ABNA24 Xəbər Verir , Mariya Zaxarova deyib: “ATƏT-in Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri Bakı ilə İrəvan arasında hərtərəfli sülhə nail olmaq üçün Rusiya tərəfinə bu mexanizmin işini bərpa etməyə hazır olduqları barədə siqnallar göndərməyiblər.”

“Bizə belə siqnallar daxil olmayıb. Biz onları gözləmirik”,-deyə Zaxarova bildirib.

Zaxarova bildirib ki, Vaşinqton və Paris Rusiyanın iştirakı ilə əməkdaşlıqdan imtina etməklə faktiki olaraq "ATƏT-in Minsk Qrupunun üç həmsədrinin vaxtilə yaxşı əlaqələndirilmiş işini" iflic ediblər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*