?>

Rusiya, İran və Türkiyə zirvə görüşü keçiriləcək

Rusiya, İran və Türkiyə zirvə görüşü keçiriləcək

Rusiya, Türkiyə və İranın dövlət başçıları Suriya ilə bağlı bir araya gələcəklər.

ABNA24 Xəbər Verir, bu barədə İran İslam Respublikası xarici işlər nazirinin müşaviri Əli-Əsğər Hacı bildirib.

Suriya böhranının həlli üçün Qazaxıstanda keçirilən toplantı çərçivəsində açıqlama verən İran rəsmisi deyib ki, gələn yanvar və ya fevral ayında üç dövlətin başçılarının görüşü gözlənilir.

Əlavə edilib ki, ilk mərhələdə üç dövlətin XİN rəhbərləri görüşcək və zirvə toplantısı üçün hazırlıqlar görəcəklər.

Qeyd edək ki, ötən gün Suriya böhranının həlli üçün qurulan Astana danışıqlarının təzminatçısı olan Türkiyə, Rusiya və İranın nümayəndə heyətləri Qazaxıstanın paytaxtı Nursultanda 17-ci dəfə bir araya gəliblər.

Suriya ilə bağlı Astana danışıqları 2017-ci ildə Türkiyə, Rusiya və İranın təzminatı ilə Suriya böhranının həllinə nail olmaq məqsədilə başladılıb.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*