?>

Rusiya Ermənistana 100 milyon dollarlıq silah verəcək

Rusiya Ermənistana 100 milyon dollarlıq silah verəcək

Rusiya Azərbaycanın etirazlarını qulaqardına vurur, Ermənistana 100 milyon dollarlıq silah veriləcək.

ABNA24 Xəbər Verir, Ermənistan sürətlə yenidən Rusiya tərəfindən silahlandırılır.

Modern.az portalı bildirir ki, bu yaxınlarda Moskvada keçirilən Armiya-2021" beynəlxalq hərbi-texniki əməkdaşlıq forumunda Ermənistan Rusiyanın müasir silahlarına maraq göstərib. Belə ki, Ermənistanın müdaiə naziri Arşak Karapetyan AK-12 avtomatlarının, "Forpost" zərbə və kəşfiyyat dronlarının və s. alınmasına dair danışıqlar aparıb. Ermənistan ordusunda aparılan islahatlara dəstək çərçivəsində Moskvanın rəsmi İrəvana 100 milyon dollarlıq kredit ayırdığı da bildirilir.

Rusiya Ermənistanın sonuncu Qarabağ müharibəsindən sonra darmadağın olunmuş hərbi potensialını bərpa etməkdə maraqlıdır.

Xatırladaq ki, avqustun ortalarında Rusiyanın müdafiə naziri Sergey Şoyqu erməni həmkarı ilə görüşdə Ermənistanı Rusiyanın Cənubi Qafqazdakı ən önəmli strateji müttəfiqi adlandırıb və erməni həmkarına simvolik xarakter daşıyan qılınc hədiyyə edib. O, erməni generala qılınc hədiyyə edərkən, "Ermənistana Rusiyadan silah tədarükü artıq başlandı" deməklə, əslində, Azərbaycanın narahatlığına məhəl qoymadan Kremlin öz müttəfiqinə hərbi texnika göndərəcəyinə eyham vurmuş oldu.

Müşahidəçilər deyirlər ki, Rusiya davamlı olaraq Ermənistan ordusunu müasir silahlarla təmin etməklə məşğuldur. Bu işdə məqsəd bir tərəfdən Ermənistanı öz orbitində saxlamaq və onun Qərbin hərbi təsisatlarına inteqrasiyasına mane olmaq, başqa tərəfdən isə Azərbaycanı özünə müti etməkdən ötrü ona qarşı psixoloji müharibəni davam etdirmək və Cənubi Qafqazda yeganə söz sahibinin məhz Rusiya olduğunu Bakının diqqətinə çatdırmaqdır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*