?>

Rusiya Dumasına seçkilər keçirilir

Rusiya Dumasına seçkilər keçirilir

Rusiyada Duma, on iki muxtar respublikanın və vilayətin başçısı, vilayət, şəhər və kənd şuralarının nümayəndələri üzrə vahid seçkilər keçirilir.

ABNA24 Xəbər Verir, Bu gün Moskvada yerli vaxtla səhər saat səkkizdə başlanan Rusiyada vahid seçkilər bu geniş ölkənin Uzaq Şərq bölgəsində bir neçə saat öncədən başlanıb.

Rusiya mərkəzi seçki komissiyasının qərarına əsasən, bu gündən etibarən bazar gününədək səsvermə keçiriləcək, amma bazar günü- sentyabrın 19-u, əsas seçki günüdür.

Bu üç gündə keçiriləcək ən mühüm seçki, Rusiya dumasına keçirilən seçkilərdir.

Rusiya dumasına seçkilər Rusiya ilə/ ABŞ-ın başçılıq etdiyi Qərb arasındakı çəkişmələrin yeni meydanına çevrilibdir.

Belə bir halda, ilk dəfə olaraq ATƏT Rusiya seçkilərinə nəzarət etmir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*