?>

Rusiya ABŞ-ın Ukraynada təxribat hazırladığını bildirib

Rusiya ABŞ-ın Ukraynada təxribat hazırladığını bildirib

ABŞ Rusiya hərbçilərini Ukraynada kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə etməkdə ittiham etmək üçün təxribatlar hazırlayır.

ABNA24 Xəbər Verir , Rusiya Federasiyasının Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub ki, Xarkov və Kiyevdəki kimyəvi və bioloji obyektlərdə təxribat variantı ən çox ehtimal olunandır:

"Zaporojye AES-də təxribat istisna edilmir. Təxribatı səhnələşdirmənin yüksək ehtimalı Ukraynaya zəhərli antidotların tədarükü faktları ilə təsdiqlənir"- bəyanatda deyilir.

Rusiya MN-dən ehtimal olunan təxribatların niyyət və məqsədinə də aydınlıq gətirilib:“Bu təxribatlar o cümlədən Hindistan və Çinə təzyiq göstərmək, onları Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə məcbur etmək üçün planlaşdırılır”, - Rusiya MN bildirib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*