?>

Rusiya-ABŞ diplomatik münasibətlər səviyyəsi azalıb

Rusiya-ABŞ diplomatik münasibətlər səviyyəsi azalıb

TASS informasiya agentliyi Rusiya-ABŞ diplomatik münasibətlər səviyyəsinin azaldığını bildirib.

ABNA24 Xəbər Verir, Amerikanın Rusiya ilə diplomatik münasibətlər səviyyəsini azaltmasına toxunan TASS informasiya agentliyi yazıb ki, ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Moskvanı tərk edib və hazırda Vaşinqtondadır.

Moskva ilə Vaşinqton arasındakı diplomatik gərginlik fonunda qeyd edək ki, son zamanlar bir qrup senator ABŞ prezidenti Co Baydenə məktub göndərib, ondan, üç yüz Rusiya diplomatını Amerikadan qovmasını istəmişdi.

Moskva da onun cavabında xəbərdarlıq etmişdi ki, belə bir hərəkətin nəticələri ABŞ-ın Rusiya ərazisində yerləşən bütün diplomatik məkanlarının bağlanmasına gətirib çıxara bilər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*