?>
Dünyada İmam Hüseyn Əzadarlığı – Ərbəin

Ruhani Rüfət Zakir oğlu: Aşura qiyamının ən əhəmiyyətli dərsi hürriyyət və azadlıqdır – Eksklüziv müsahibə

İmam Hüseyn (əleyhi səlam) buyurdu: "Heyhat minnə zillə". Heyhat kəlməsi burada sadəcə "uzaq" mənasında deyil, zillətin bizdən xeyli və çox-çox uzaq olması mənasındadır; Əsasən bizə yaxınlaşa bilməyəcək bir şəkildə bizdən uzaqdır. "Heyhat minnə zillə” İmam Hüseynin (əleyhi səlam) xüsusi şüarıdır və şiələrin dilində daim təkrarlanır.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ərbəin yürüşünə qatılan Azərbaycan Respublikasının Şiə ruhanilərindən biri müsahibə verərkən deyib: "İmam Həsən Əskəridən (ə) gələn bir rəvayətə görə, möminin beş əlaməti vardır və onlardan biri Ərbəin ziyarətidir."

ABNA redaksiyasının İraqdakı müxbirinə ekskluziv olaraq müsahibə verən, Masallı şəhərindən olan din alimi "Rüfət Zəkraoğlu" əlavə edib: “İmam Sadiq (əleyhi səlam) Ərbəin ziyarətindən danışır ki, kim İmam Hüseyni (əleyhi səlam) ziyarət edərsə, hər addım üçün min mükafat yazılacaq. Həzrət Zeynəb (səlamullahi əleyha) qardaşını ziyarət etmək üçün Şamdan Kərbəlaya gəldi; Buna görə də, şiələr son bir neçə yüz il ərzində Həzrət Zeynəbin (səlamullahi əleyha) adı və xatirəsi ilə Əba Abdullahı (əleyhi səlam) ziyarət edir və Allaha şükür etməliyik ki, Əba Abdullanın (əleyhi səlam) zəvvarlarının sayı hər il artır.

Ruhani Rüfət Zakir oğlu yeddi il Nəcəf Əşrəfdə dini elmlər üzrə təhsil alıdığını bildirərək, təhsilini bitirdikdən sonra vətəninə dönəcəyinə və Əhli-Beyt (əleyhimus səlam) Məktəbinə və ardıcıllarına xidmət edəcəyinə ümid etdiyini deyib.

Zakir oğlu əlavə etdi: "Bu yeddi il ərzində mən böyük və əzəmətli Ərbəin mərasimində iştirak etmişəm; Azərbaycana səyahət etdiyim üçün cəmi bir il Ərbəin yürüşündə iştirak edə bilməmişəm. Əlhəmdulillah, son bir neçə ildir ki ardıcıl olaraq Ərəbin yürüşündə iştirak edir, İmam Hüseyni (əleyhi səlam) ziyarətinə gedir və zəvvarlara xidmət göstərirəm. Bu il ilə artıq yeddici ildir ki, Ərbəin mərasimində iştirak edirik.

O, möhtəşəm Ərbəin yürüşünün əhəmiyyəti haqqında bunları söylədi: "Zəvvarlar bu möhtəşəm mərasimdən bir çox mənəviyyat əldə edilir. Əsasən İmam Hüseyn (əleyhi səlam) inqilabı ilə bizə azadlıq və hürriyyət öyrətdi. İmam Hüseyn (əleyhi səlam) buyurdu: "Heyhat minnə zillə". Heyhat kəlməsi burada sadəcə "uzaq" mənasında deyil, zillətin bizdən xeyli və çox-çox uzaq olması mənasındadır; Əsasən bizə yaxınlaşa bilməyəcək bir şəkildə bizdən uzaqdır. "Heyhat minnə zillə” İmam Hüseynin (əleyhi səlam) xüsusi şüarıdır və şiələrin dilində daim təkrarlanır. ABŞ, İngiltərə və Almaniyadan olan qeyri-müsəlmanlar belə İmam Hüseynin (əleyhi səlam) yolunu və inqilabını bəyənirlər. Deyirlər ki, İmam Hüseyn (əleyhi səlam) doğru yolu seçdi və Allahın əmrinə itaət etdi. Onlar deyirlər ki, əgər İmam Hüseyn (əleyhi səlam) kimi bir Ağanız və Sərvəriniz varsa, vəziyyətiniz bundan qat -qat yüksək olmalı idi.”

Nəcəf Elmi Hövzəsinin tələbəsi vurğuladı: “Aşura qiyamından öyrəndiyimiz ən əhəmiyyətli dərs hürriyyət və azadlıqdır. İnsan azad olmalıdır. İnsan azad deyilsə, heç nəyə nail olmayacaq. Allah bizi azad yaratdı, amma azadlıq insanın istədiyini edib və özbaşınalıq etmək, anarxiy yaratmaq anlamına gəlmir. Azad oplmaq, heç kimə boyun əyməmək və heç kəsin əli altına keçməmək mənasındadır.”

Ruhani Rüfət Zakir oğlu Ərbəinin mesajlarından birinin də azadlıq və hürriyyətin olduğunu ifadə edərək, əlavə etdi: "İnsanlar azad olmalı və heç bir zülm ilə barışmamalıdırlar. İmam Hüseyni (əleyhi səlam) ziyarət edən insanlar düşünməlidirlər ki, niyə bu yolu gedirəm? Zəvvar hər addımda ağlında xatırlamalıdır ki, İmam Hüseyn (əleyhi səlam) şiələrin qayğısına qalıb, Yezidlə beyət etmədi. Ona görə də zalımla beyət etməməliyik. Ən azı öz fikirimizlə və əməlimizlə zülmə qarşı çıxmalıyıq.”

"İndiki çağda müsəlmanların ən vacib vəzifəsi" nədir? sualını cavablandıraraq buyurdu: Böyük Ayətullah Sistanidən soruşulduqda ki, bizlər İmam Zamanın (Allah Onun şərəfli zühurunu tezləşdirsin) zühuru üçün nə etməliyik? Cavab verdi: "Vəzifələriniz və vacib əməllərinizi Əhli-beytin (əleyhius səlam) buyurduğu kimi yerinə yetirin və Əhli-beytin (əleyhimus səlam) buyurduğu kimi də haramlardan və qadağalardan çəkinin. Əgər Vəzifələri düzgün yerinə yetirsək və qadağalardan çəkinsək, İmam Zamanı (Allah Onun şərəfli zühurunu tezləşdirsin) da gələcək""

Azərbaycandan Ərbəin yrüşünə qatılan zəvvarlarının sayı ilə əlaqədar olaraq Ruhani Rüfət Zakir oğlu dedi: "Bu il korona xəstəliyinin yayılması səbəbindən Ərbəin ziyarətinə Azərbaycandan az sayda zəvvar gəlmişdir. Ancaq problemlərə baxmayaraq, bəzi Azərbaycan vətəndaşları başqa yollarla Ərbəin ziyarətində iştirak etmək üçün gəldilər. Türkiyə və hətta İran vasitəsi ilə Azərbaycandan mindən çox insan Ərbəin yürüşündə iştirak edir.”

Azərbaycan Respublikası vətəndaşı, bu ölkənin vətəndaşları üçün nəqliyyat və viza vermə problemləri ilə bağlı bunları dedi: "Viza ölkələrlə əlaqəli bir şeydir. Korona xəstəliyi səbəbiylə ölkələr arasında gediş-gəlişin olmadığı deyilir. Allah bilir mümkündür başqa siyasi məsələlər də ola bilsin. Vəzifəmiz gəlməkdir. Bəziləri Ərbəin mərasiminə gəlməyə çalışırlar. Hətta elə adamlar var ki, 2 gün ərzində sərhədlərdə dayandırılıb və bəziləri geri dönüb. Amma təəssüflər olsun ki, bu il iştirak etməyənlərin sayı çoxdur.”

Sonda Ruhani Rüfət Zakir oğlu qeyd edib: “Rəhmətlik nənəmdən eşidərdim ki, 70-ci illərdə bir qoca kişi vardır ki, Kərbəlaya gedib gəlmişdir. Hər zaman Kərbəla haqqında danışanda ağlamağa başlayardı. Ölkəmizin bir çox ağsaqqalları və ağbirçəkləri Kərbəla yolları bağlı lduğu səbəbindən ziyarətgahı ziyarət edə bilmədilər, yollar açılandan sonra da bəziləri maddi imkanın olmadığından İmam Hüseyn (əleyhi səlam) hərəmin ziyarətinə gedə bilməyiblər və ziyarət həsrəti ilə dünyaların dəyişmişlər. Bizim ki, əlimizdə fürsət vardır, ziyarətə gəlməli, bundan istifadə etməli və hər il iştirak etməliyik. Rəvayətlərdə vardır ki, İmam buyurur: "Əgər imkanın varsa İmam Hüseynin (əleyhi səlam) ziyarətini 4 aydan artıq təxirə salma" və "Hər kim İmam Hüseyni (əleyhi səlam) haqqını tanıyaraq mərifətlə ziyarət etsə, elə bil ki, Allahı Ərşdə ziyarət etmişdir. İmam Hüseynin (əleyhi səlam) ziyarətinin mükafatı həddindən artıq çox yüksəkdir.””

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*