?>

Ruhani: "Qonşularla strateji əlaqələrin genişləndirilməsi İranın prioritetlərindəndir"

Ruhani:

İran İslam Respublikası prezidenti qonşular ilə xüsusilə iqtisadi və ticarət sahələrində strateji əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsinin rəsmi Tehranın prioritetlərindən biri olduğunu bildirib.

ABNA24 Xəbər Verir, İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün qonşu ölkələrlə əlaqələrin daha da gücləndirilməsi  yollarını araşdırmaq məqsədilə Tehranda, "Qonşular ilə əlaqələrin inkişafı" mövzusunda keçirilən ikinci iclasda çıxışı zamanı deyib: "Region xalqlarının mədəni və tarixi bağları qonşu ölkələrin əməkdaşlıq səviyyəsinin  daha da inkişaf etdirilməsi və gücləndirilməsi, həmçinin region xalqları və dövlətlərinin ortaq maraqlarının təmini üçün möhkəm bir təməldir". 

Ruhaninin sözlərinə görə, İran həmişə qardaş və dost qonşu ölkələrin xalqları və hökumətlərinin yanında olub və onlarla regional və ikitərəfli əlaqələrin genişləndirilməsini dəstəkləyibdir.

Ruhani sonra deyib: "Regionda ahəngdar iqtisadiyyat sülh və təhlükəsizliyin bərqərar edilməsinə öz töhfəsini verəcəkdir".

İran İslam Respublikası prezidenti region xalqları arasında gediş-gəlişin təşviqi və turizmin inkişafı, birgə investisiya qoyuluşu və qonşu ölkələr arasında bank və maliyyə əməkdaşlıqlarının genişləndirilməsini, əlaqələrin daha da inkişaf etdirilməsi üçün mühüm və dəyərli bir addım kimi dəyərləndirib.

Gömrük, nəqliyyat və əmtəə mallarının mübadiləsi sahəsində İranın özəl sektorunun qonşu ölkələrlə əməkdaşlıqları, Ruhaninin sözü gedən iclasda vurğuladığı digər məsələlər idi.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!