?>

Ruhani islami ölkələrin başçılarını təbrik edib

Ruhani islami ölkələrin başçılarını təbrik edib

İran prezidenti islami ölkələrin başçılarına göndərdiyi müraciətlərdə onları səadətli qurban bayramı münasibətilə təbrik edib.

ABNA24 Xəbər Verir, Həsən Ruhani öz müraciətlərində bildirib ki, bu bayram dünyaya aid olan bir varlığın kəsilmə məkanına aparılması, əsl sevimlinin yolunda istəklərdən əlin üzülməsi və Allah-Taala qarşısında əsl itaət və imanın özünü göstərməsidir.

İran İslam Respublikasının prezidenti bu təbrik müraciətlərində ümidvarlıq edibdir ki, bütün dünya müsəlmanları bu əziz bayramın hesabı və bərəkətinə nəfs istəkləri zəncirindən azad olmaq, öz canları və mallarını Allahın razılığı yolunda fəda etmək, öz müsəlman qardaşlarına və insanlara yardım etməklə ilahi kamal və dərəcəyə doğru irəliləyərək, Allah-Taalanın geniş mərhəmətinə nail olacaqlar.

Ruhani həmçinin öz müraciətlərində Allah-Taaladan islami ölkələrin xalqları üçün başıucalıq və səadət, bu ölkələrin başçıları üçün isə sağlamlıq və uğur diləyibdir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*