?>

Ruhani Cəlal Şəfiyev yenidən saxlanıldı

Ruhani Cəlal Şəfiyev yenidən saxlanıldı

Bu yaxınlarda saxlanılan və 1 gün sonra sərbəst buraxılan ruhani Cəlal Şəfiyev yenidən saxlanılıb.Bu barədə Şeyx Sərdar Hacıhəsənlinin Feysbukdakı rəsmi səhifəsində məlumat verilib.

ABNA24 Xəbər Verir, Şeyx Sərdar Hacıhəsənlinin Feysbukdakı rəsmi səhifəsində deyilir:

“Şeyx Sərdar Hacıhəsənlinin həbsinin əsas səbəblərini açıqlayan ruhani Cəlal Şəfiyev yenidən DTX tərəfindən saxlanılıb.”

Qeyd edək ki, Hacı Cəlal Şəfiyevi dünən gecə verdiyi açıqlamasından ötrü saxlanıldığı düşünülür. O, açıqlamasında noyabrın 10-da onun özü və Şeyx Sərdar barəsində yayılan şantaj görüntülərinə münasibət bildirmişdi.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*