?>

Ruhani: "ABŞ-ın gələcək rəhbərliyi Trampın səhv siyasətini kompensasiya etməlidir"

Ruhani:

İran İslam Respublikası prezidenti ABŞ-ın hazırkı prezidentinin bəzi dağıdıcı hərəkətlərinə toxunaraq, deyib: "ABŞ-ın gələcək hökuməti Donald Trampın insan haqlarına zidd və terrorçu siyasətləri və hərəkətlərini açıq şəkildə qınamalı və onun səhv siyasətlərini kompensasiya etməlidir".

ABNA24 Xəbər Verir, İran İslam Respublikası prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında, iqtisadi mübarizədə İran xalqının müqavimətini yüksək dəyərləndirərək, deyib: "İran xalqının qələbəsi və bu iqtisadi müharibədə düşmənin qəti məğlubiyyətinin ən böyük təzahürlərindən biri Tramp dövrünün sona çatmasıdır".

Ruhani, ABŞ-ın hazırkı prezidentinin hakimiyyət dövrünün sona çatması və onun İran xalqına qarşı cinayətlərinə toxunaraq, xatırladıb: "Tramp tarixdə İran və Fələstin kimi müstəqil hökumətlər və millətlərə qarşı ən pis cinayətləri törədib".

İran prezidenti, həmçinin Trampın beynəlxalq qurumlarda, hüquqi orqanlarda, əxlaq meyarlarında, dünya ictimaiyyətində və ABŞ-ın ictimai rəyində məğlub olmasını onun prezident seçkilərində nakam qalmasının amilləri kimi dəyərləndirib və əlavə edib: "ABŞ-ın növbəti hökuməti keçmişdəki səhvləri kompensasiya etmək üçün ABŞ-ın imicinə xələl gətirmiş bütün hərəkətlər qarşılığında böyük işlər görməlidir".

Ruhani sözlərinin davamında, İran İslam Respublikasının siyasəti olaraq, öhdəlik qarşısında öhdəlik və addım qarşısında addım prinsipinə toxunaraq, xatırladıb: "ABŞ-ın gələcək rəhbərlərində belə bir iradə olarsa, bəzi məsələlərin həlli çox asan olacaqdır".

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!