?>

Romada G20-nin Sammiti başlayıb; Bayden kənarda dayanıb

Romada G20-nin Sammiti başlayıb; Bayden kənarda dayanıb

Romada "G-20" qrupunun sammitinin açılışında ölkələrin liderləri və rəsmiləri xatirə şəkli çəkdiriblər və ABŞ prezidenti bu xatirə şəklinin ən kənar nöqtəsində dayanıb.

ABNA24 Xəbər Verir,İtaliyanın paytaxtı Romada dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş 20 ölkəsi "G-20"nin sammiti başlayıb. Sammit iki gün davam edəcək.

Xatirə fotosu çəkilişi zamanı qrup üzvlərinin liderlərinin dayanacağı yer elə müəyyən edilib ki, ABŞ prezidenti Co Bayden fotonun ən kənar nöqtəsində qərarlaşıb.

Zirvə toplantısının gündəliyində koronavirusa qarşı mübarizə, pandemiyadan sonrakı dövrdə iqtisadiyyatın inkişafı və iqlim böhranına dair məsələlər yer alıb.

Ekspertlər hesab edirlər ki, G-20 sammitinin və bazar ertəsi Qlazqoda (İngiltərə) keçiriləcək Beynəlxalq İqlim Sammitinin nəticələri qlobal böhranların azaldılmasında həlledici rol oynaya bilər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*