?>

Roma şəhər şurası seçkilərində müsəlman namizəd

Roma şəhər şurası seçkilərində müsəlman namizəd

Roma şəhər şurası və meriya seçkiləri oktyabrın üçü və dördündə keçiriləcək.

ABNA24 Xəbər Verir, Bu seçkilərdə ilk dəfə müsəlman icması da iştirak edir.

Roma şəhər şurası seçkilərinə müsəlman namizədlərdən biri- Françesko Tiyerri Əbdülhəqq bu barədə belə deyib: Mən keçmişdə fəal siyasi mübariz, həmçinin fəhlə həmkarlar ittifaqının üzvü olmuşam. Amma ilk dəfədir ki, seçkilərdə iştirak edirəm. Şəhər şurası seçkilərinə namizədlik barədə qərara Romada islami cəmiyyətlə illərlə fəaliyyətdən sonra gəldim.

Demos partiyasının üzvü olan Tyerri Əbdülhəqq sonra söyləyib: Əgər mən seçilərəmsə, şübhəsiz, həyata keçirəcəyim əsas məsələ, namaz, ibadət mərasimi və ibadət haqqıdır. Bu son illərdə Romada müsəlmanların bir çox ibadət və idarə məkanları bağlanıb və məhz elə buna görə, müsəlmanlar icması tərəfindən siyasi və seçki planı yaradılıb.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*