?>
Asiya Xəbərləri - Banqladeş

Rohingya Müsəlmanlarının Banqladeşdə yerləşən qaçqınlar düşərgəsində yanğın - Video

Ruhingiya xalqı Myanmarın köklü xalqlarından biridir. Və bu xalqın dini İslam olduğu üçün ölkəyə hakim kəsilmiş buddistlər onlara qarşı divan tuturlar və hətta 1948-ci ildə sabiq Burma adlanan Myanmar istiqlaliyyətini qazandığı gündən bəri Rohingiya müsəlmanlarına günümüzə kimi vətəndaşlıq verilməkdən çəkinibdir.


Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Bazar günü Banqladeşin cənubundakı Rohingya qaçqınlarının düşərgəsində baş verən yanğın yüzlərlə evi məhv edib, lakin itkilər barədə məlumat verilməyib.

Yanğın bir milyondan çox Rohingya qaçqınının yaşadığı sərhəd bölgəsi olan Koks Bazardakı 16 saylı düşərgədə baş verib.

Bu qaçqınların əksəriyyəti 2017-ci ildə Myanmadakı buddist hərbi repressiyalar ucbatından öz doğmayurd və yuvalarından didərgin salınaraq doğma vətənlərini tərk etmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, Ruhingiya xalqı Myanmarın köklü xalqlarından biridir. Və bu xalqın dini İslam olduğu üçün ölkəyə hakim kəsilmiş buddistlər onlara qarşı divan tuturlar və hətta 1948-ci ildə sabiq Burma adlanan Myanmar istiqlaliyyətini qazandığı gündən bəri Rohingiya müsəlmanlarına günümüzə kimi vətəndaşlıq verilməkdən çəkinibdir.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*