?>

Respublikaçılar Baydenin andiçmə mərasimi qanununu qəbul etməkdən çəkiniblər

Respublikaçılar Baydenin andiçmə mərasimi qanununu qəbul etməkdən çəkiniblər

ABŞ konqresinin inaqurasiya mərasimi komitəsinin respublikaçı üzvləri Co Baydenin andiçmə mərasiminə hazırlıq qanununu qəbul etməkdən çəkiniblər.

ABNA24 Xəbər Verir, Konqresin respublikaçı məsul şəxsləri çərşənbə axşamı günü xüsusi bir iclasda Baydenin qələbəsini etiraf edən qətnaməni rədd ediblər.

Bu addım, konqresdəki respublikaçıların Baydenin Amerika prezident seçkilərində qalib gəlməsini qəbul etməkdən çəkinmələri deməkdir.

Co Baydenin seçki komitəsi proqnoz edibdir ki, hakimiyyətin Donald Trampdan ötürülməsi prosesi ənənəvi formada və keçmiş dövrlərdə olduğu kimi baş verməyəcəkdir.

Bununla belə, Baydenin seçki komitəsinin üzvləri zənn etmirlər ki, Tramp seçilmiş prezidentin inaqurasiya günündə problem yaratmaqla mərasimi pozmaq niyyətində olacaq.

Amerika prezident seçkilərindən bir aydan çox bir vaxt keçir, amma seçkilərin nəticəsi üstündəki qalmaqal hələ də davam edir və bu ölkənin hazırkı prezidenti Donald Tramp bu qənaətdədir ki, seçkilərdə geniş saxtakarlıq baş veribdir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*