?>

Rəsmi Yerevan Qarabağ üzrə konstruktiv danışıqlara hazırdır

Rəsmi Yerevan Qarabağ üzrə konstruktiv danışıqlara hazırdır

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə çıxışı zamanı bildirib ki, Ermənistan hökuməti danışıqlar prosesinin ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində aparılmasını vacib hesab edir.

ABNA24 Xəbər Verir, Nikok Paşiniyan ABŞ prezidentinin azərbaycanlı həmkarına məktubundakı çağırışına eyham vuraraq deyib: "2020-ci il noyabrın 9-dan sonra həmsədrlər deyirdilər ki, Qarabağda münaqişə həll olunmayıb, məsələnin hərtərəfli və uzunmüddətli həlli isə tərəflərə məlum olan prinsiplər əsasında aparılmalıdır"

Paşiniyan prinsipləri də xatırladıb: "güc tətbiq olunmaması, millətlərin öz müqəddəratını təyin etməsi və ərazi bütövlüyü".

O, eyni zamanda bildirib ki, Ermənistan Azərbaycan sərhədinin demarkasiya və delimitasiyasına ən qısa zamanda başlamaq lazımdır.

Paşiniyan Azərbaycan ilə Ermənistan sərhədlərinin sovet xəritələri əsasında müəyyənləşdirilməsi ilə razı olduğunu da dilə gətirib, vurğulayıb ki, sovet xəritələri əsasında Ermənistan və Azərbaycan qoşunlarının qarşılıqlı geri çəkilməsinin lehinədir.

Paşinyan qeyd edib ki, sərhədin Tex – Mehri hissəsində işlər bu əsasda aparılıb. O, bəyan edib ki, Ermənistan tərəfi bu əsasda irəliləməyə hazırdır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*