SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib: " Rusiya tərəfi özünə məxsus olan təbii qazın Azərbaycan ərazisindən Gürcüstan ərazisinə tranzit nəqli ilə bağlı Azərbaycana müraciət etmiş, müvafiq ödəniş müqabilində Rusiya qazının Azərbaycan üzərindən Gürcüstana müvəqqəti tranzit nəqli ilə bağlı razılıq əldə olunub".
Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, SOCAR və "Qazprom Export" şirkəti Rusiya qazının nəqli üzrə müqavilə imzalayıblar.
Məlumata görə, iki tərəf arasında müqavilə cari ilin (2021) martın 16-da imzalanıb. Müqaviləyə əsasən, sözügedən qaz kəmərinin Rusiya hissəsində aparılacaq planlı profilaktik təmir işləri zamanı qaz Ermənistan istehlakçılarına Azərbaycan ərazisi ilə Gürcüstan sərhədlərinə çatdırılması nəzrədə tutulub.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib: " Rusiya tərəfi özünə məxsus olan təbii qazın Azərbaycan ərazisindən Gürcüstan ərazisinə tranzit nəqli ilə bağlı Azərbaycana müraciət etmiş, müvafiq ödəniş müqabilində Rusiya qazının Azərbaycan üzərindən Gürcüstana müvəqqəti tranzit nəqli ilə bağlı razılıq əldə olunub".
İbrahim Əhmədovun sözlərinə görə, qazın nəqlinə 17 mart 2021 tarixdə start verilib.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!