?>

Rəsmi Bakı mövqe bildirməyib, siyasətçilər isə bunu təxribat sayırlar

Rəsmi Bakı mövqe bildirməyib, siyasətçilər isə bunu təxribat sayırlar

Erməni separatçılarının Qarabağda “müstəqillik günü”nü qeyd etməyə hazırlaşması Azərbaycan siyasətçilərini qəzəbləndirib.

ABNA24 Xəbər Verir, sentyabrın 2-də Xankəndidə separatçılar qondarma “müstəqillik günü”nün 30 illiyini qeyd etməyə hazırlaşırlar. Belə ki, 1991-ci ilin 2 sentyabr tarixində Qarabağdakı erməni separatçılar referendum keçirərək, Azərbaycandan ayrılmaqla bağlı qərar qəbul ediblər.

Məlumatda deyilir ki, 2 sentyabr ərəfəsində separatçıların “parlament sədri” Artur Tovmasyan İrəvanda Ermənistan parlamentin spikeri ilə görüşüb, onu və parlamentindəki bütün fraksiya rəhbərlərini qondarma müstəqillik gününə dəvət edib.

Məsələyə münasibət bildirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Axar.az portalına deyib ki, Azərbaycan tərəfi sentyabrın 2-də separatçı rejimin qondarma müstəqillik gününü qeyd etmək istəyənlərlə bağlı ciddi addım atmalıdır. Xüsusilə bu məsələdə Rusiya sülhməramlılarına ciddi xəbərdarlıq edilməlidir. Zira belə bir günün “qeyd edilməsi” həm 10 noyabr bəyanatının kobud şəkildə pozulması, həm də Rusiya sülhməramlılarının vəzifə səlahiyyətlərini yerinə yetirməməsi deməkdir.

Azərbaycanın sabiq baş diplomatı vurğulayıb ki, Azərbaycan Rusiya sülhməramlıları ilə birlikdə Laçın dəhlizinə nəzarəti həyata keçirməlidir. Qarabağa heç bir xarici ölkə vətəndaşı qanunsuz keçə bilməz. Ermənistan vətəndaşları da xarici ölkə vətəndaşı sayılır və eyni qaydada onlar da Qarabağa rəsmi Bakının icazəsi olmadan buraxılmamalıdır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*