?>

Rəsmi Bakı iddialar barədə açıqlama vermir

Rəsmi Bakı iddialar barədə açıqlama vermir

Azərbaycan parlamentinin üzvü Respublikada ABŞ-ın məxfi laboratoriyalarının olmasını təkzib edib

ABNA24 Xəbər Verir, “Yeni Müsavat” qəzeti xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikası Milli Məclisindəki təmsilçisi Elman Nəsirov Rusiyanın məşhur sənədli kinorejissoru Arkadi Mamontovun hazırladığı telesənədli filmdə ABŞ-ın Ermənistan, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Gürcüstanda məxfi mikrobioloji laboratoriyalar yaratması barədə bildirib ki, Amerika laboratoriyalarının Ermənistanda olması realdır və məxfi deyil, Ermənistan hökuməti də bunu təkzib etmir, ancaq, Azərbaycanda belə laboratoriyaların olması böhtandır və bu iddianı adətən Rusiyadakı erməni lobbisi irəli sürür!

Siyasi ekspert Qabil Hüseynli isə deyib ki, zaman-zaman belə ittihamlar səslənib, amma sübutlar açıqlanmayıb.

Onun sözlərinə görə, Azərbaycan heç bir dünya dövlətinin müstəmləkəsi deyil və geosiyasi müharibədə alətə çevrilmək siyasəti aparmır. Bu səbəbdən də Azərbaycan Respublikasında heç bir ölkənin gizli hərbi bazası və laboratoriyası yoxdur və heç bir hərbi ittifaqın da üzvü deyil. Azərbaycan bu siyasətlə özünü supergüclərin aşkar təhdidlərindən qoruyacaq.

Məşhur rusiyalı kinorejissorun çəkdiyi sənədli filmdə Ermənistanın Gümrü və Sevan şəhərlərindəki amerikan laboratoriyalarının görüntüləri nümayiş etdirilir, bölgədəki kasıb insanların təsvirləri də əlavə olunur. Amma onların ağlına belə gəlmir ki, laboratoriya dovşanı kimi istifadə edilirlər.

İndiyədək Azərbaycan hökuməti bu ölkədə ABŞ-ın məxfi laboratoriyalarının olmasını rəsmən təkzib etməyib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*