?>

Rəisinin Rusiyaya səfəri mühüm əhəmiyyət kəsb edir

Rəisinin Rusiyaya səfəri mühüm əhəmiyyət kəsb edir

İran-Rusiya Birgə Ticarət Palatasının vitse-prezidenti bəyan edib ki, prezident Rəisinin Moskvaya səfəri mühüm əhəmiyyət kəsb edir.

ABNA24 Xəbər Verir, Kambiz Mirkərimi bildirib ki, ticarət əlaqələri və maliyyə sazişləri üzrə danışıqlar İran prezidentinin Rusiyaya gözlənilən səfərinin əsas mövzularından olacaq.

Mirkərimi deyib: "İran prezidenti Seyid İbrahim Rəisinin Moskvaya səfəri mühüm əhəmiyyət kəsb edir: "İran prezidentinin qarşıdakı səfərinin özəlliklərindən biri də odur ki, ticarət əlaqələri və maliyyə sazişləri üzrə danışıqlar yüksək səviyyədə aparılacaq. Biz bu danışıqların ikitərəfli iqtisadi əməkdaşlığın inkişafına təkan verəcəyini gözləyirik".

İran mediası da Rəisinin Moskvaya səfərinin yaxın günlərdə baş tutacağını yazıb. Səfərin rəsmi tarixi isə açıqlanmayıb.

Bu arada Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, İran İslam Respublikasının prezidentinin Rusiya Federasiyasına səfəri üzərində iş aparılır və səfərin tarixini yaxın vaxtlarda açıqlanacaqdır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*