?>

Rəisi-Putin görüşü Rusiya medialarının diqqət mərkəzində

Rəisi-Putin görüşü Rusiya medialarının diqqət mərkəzində

İran prezidentinin Kremldə öz rus həmkarı ilə görüşü Rusiya medialarının diqqət mərkəzində durub. Bir çox media iki ölkə başçılarının həmkarlıqların müxtəlif səviyyələrdə genişləndirilməsi mehvərli çıxışlarını işıqlandırıb.

ABNA24 Xəbər Verir, Rusiyanın görünən və dinlənilən mediaları və informasiya agentlikləri çərşənbə günü axşam keçirilən Rəisi-Putin görüşünü geniş surətdə işıqlandırıblar.

Rusiya-24 dövlət telekanalı az sayda jurnalistə iştirak icazəsinin verildiyi İran prezidentinin Kremldə öz rus həmkarı ilə görüşünü canlı şəkildə yayıb.

Rusiya-24 telekanalı öz vebsaytında bu görüş haqda yazıb ki, İran prezidenti ölkəsinin Rusiya ilə əlaqələrini uzunmüddətli strateji iştirak adlandırıb.

Rusiyanın 2-ci dövlət telekanalı isə İran prezidentinə istinadla yazıb ki, İran və Rusiya ABŞ-ın beynəlxalq səhnədəki hərəkətlərilə mübarizə üçün bir-birilərilə həmkarlıq edə bilərlər.

Ria-Novosti informasiya agentliyi də Rəisi-Putin görüşü barədə bir neçə reportaj dərc edib. Qeyd edib ki, İran və Rusiya başçıları İranın nüvə proqramı, nüvə anlaşması, Qərbin sanksiyaları, regionun durumu ilə yanaşı, ikitərəfli mövzuları araşdırıblar.

TASS informasiya agentliyi də Rəisi-Putin görüşü barədə bir neçə reportaj dərc edib. Onların birində nüvə anlaşması haqdakı danışıqlara işarə edilib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*