?>

Quterreş Ermənistanla Azərbaycan Respublikası arasında danışıqların bərpasına çağırıb

Quterreş Ermənistanla Azərbaycan Respublikası arasında danışıqların bərpasına çağırıb

BMT baş katibi Ermənistan və Azərbaycan Respublikasını ATƏT-in Mins qrupu həmsədrlərinin nəzarəti altında danışıqları bərpa etməyə çağırıb.

ABNA24 Xəbər Verir, BMT-nin informasiya portalının məlumatına görə, Antonio Quterreş Qarabağda atəşkəslə bağlı yeni razılaşmanı alqışalyaraq, bu təşkilatın münaqişəli bölgələrdəki mülki insanlara humanitar yardmlar göndərməyə hazır olduğunu bildirib.

BMT baş katibi sözlərinin davamında həmçinin tərəflərin atəşkəsə riayəti davam etdirmələrini alqışlayıb və onları bu istiqamətdəki, xüsusilə də beynəlxalq qanunlar və insan haqları ilə bağlı məsələlərdəki öhdəliklərinə sadiq qalmağa çağırıb. 

Quterreş İrəvan və Bakı hökumətlərini dayanıqlı sülhə nail olmaq üçün danışıqlarını ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında davam etdirməyə çağırıb.

O, iki ölkənin hökumətləri və xalqlarını regional sülh və sabitliyə nail olmaq üçün dialoq yolunda hərəkət etməyə təşviq edib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*