?>

Qurani-Kərim namazdan sonra ən üstün zikrdir

Qurani-Kərim namazdan sonra ən üstün zikrdir

Höccətül-islam Mömini Qurani-Kərimin namazdan sonra ən üstün zikrin olduğunu bildirərək deyib: Namazla ünsiyyətdə olmaq və davamlı Allahı zikr etmək qəlbi nurlandırır, Allaha tərəf yönəldir və ruhu ucaldır.

Əhli Beyt (əleyhimus-səlam) – Xəbər Agentliyi –ABNA / Mədəniyyət Bölməsi: Höccətül-İslam Seyyid Hüseyn Mömini Həzrət Fatiməi Məsumənin (səlamullahi əleyha) müqəddəs hərəminin təqdimat mərasimində çıxışı zamanı Qurani-Kərimin ağıl neməti haqqında 50-dən çox ayə bəyan etdiyini vurğuluyaraq bildirib: “Qurani-Kərimin 150-yə yaxın ayəsində qəlb batini ağıl kimi qeyd olunur; Bu, qəlbə diqqət yetirməyin və şeytanın ona nufuz edə biləcək məsamələrini bağlamağın vacibliyini göstərir, çünki qulaqdan və gözdən daxil olan hər bir şey birbaşa zəkaya və qəlbə təsir edir.

Allah Təala əl-Əraf surəsi, 179-cu ayədə buyurur: “Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!”

Cəhənnəmə gedənlərin çoxunun qəlbi var, lakin ağıl sahibi deyildir; Qəlb ağılla olmayanda gözlər kor olar, qulağı olmasına baxmayaraq haqq söz qəlbinə təsir etməz, çünki onların qəlbləri möhürlü və kilidlidir.

İki İlahi nemət olan görmə və eşitmə qabiliyyətindən düzgün istifadə edə bilməməyimizin əsas səbəbi qəlbimizi kilidləyib, möhürlədiyimizə görədir.

Allah Sübhanəhu Təala Fətəh surəsinin 4-cü ayəsində belə buyurur: “Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə (Öz dərgahından) arxayınlıq (rahatlıq və mənəvi möhkəmlik) göndərən Odur. Göylərdəki və yerdəki ordular (mələklər, cinlər, insanlar, heyvanlar, ildırım, qasırğa, fırtına, sel, zəlzələ, ayın tutulması, günəşin batması və i. a.) Allahın ixtiyarındadır (Allah istədiyindən onlar vasitəsilə intiqam alar) Allah (hər şeyi) biləndir, hikmət sahibidir!”

Allah möminlərə əmin-amanlıq və izzət bəxş etmişdir ki, onların imanlarını qəlblərə hakim olan rahatlıq vasitəsilə artırsınlar. Əgər insan günahlardan çəkinməklə qəlbinə fikir verməsə, ona qulluq etməsə, qəlbinə, ağlına və özünə ciddi ziyan dəyəcəkdir...

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*