?>
Qərbi Asiya Xəbərləri – Fələstin

"Qüds Taburları" sionistlərlə mübarizəyə hazır olduğunu elan etdilər

Qüds Taburları, açıqlamalarında İslam Cihadının Baş katibi Ziad əl-Nəxalənin əmrinə əsasən döyüşçülərini tam hazır vəziyyətə gətirdiklərini vurğulayıblar.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziad əl-Nəxalə İsrail həbsxanalarında olan fələstinli məhbuslara dəstək elanı verdikdən sonra Qüds Taburu sionistlərlə mübarizəyə səfərbər olduğunu və hazırlaşdığını açıqlayıb.

Fələstin İslam Cihadı hərəkatının baş katibi əl-Nəxalə, ötən çərşənbə axşamı, “lazım olsa belə, Fələstinli məhbusları müdafiə etmək üçün müharibəyə gedəcəyik” deyərək fikrini açıq söyləmişdi.

Qüds Taburları, açıqlamalarında İslam Cihadının Baş katibi Ziad əl-Nəxalənin əmrinə əsasən döyüşçülərini tam hazır vəziyyətə gətirdiklərini vurğulayıblar.

Bu batalyonların bəyanatında deyilir ki, mücahidlərimiz tam hazır vəziyyətdədirlər və sadəcə bir işarə gözləyirlər.

Əl-Nəxalə dünən gecə sionist rejimi xəbərdar etdi ki, Fələstinli əsirlərə qarşı hücumların və şiddətin davam etməsi rejimlə başqa bir savaşa səbəb ola bilər.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*