?>
Qarabağ İslam Torpağıdır

Qubadlını Azad Edən Əli Şiələri: Allahu Əkbər!, Ləbbeykə Ya Əli!, Ləbbeykə Ya Hüseyn! – Video

Qubadlı torpaqlarını yağı düşmənin işğalından azad etdikdən sonra, Qubadlı yüksəkliklərində Azərbaycan Bayrağını dalğalandıran bölüy: “Qubdalı torpaqlarındayıq. Şükürlər olsun Allahımıza! Yel Yatar Tufan Yatar, Yatmaz Hüseynin Məktəbi! Ləbbeykə Ya Hüseyn! Ləbbeykə Ya Əli! Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd. Və əccil fərəcəhum! ”


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İslam Dünyasının ayrılmaz hissəsi olan Azərbaycan Respublikasına qarşı başladılan İkinci Qarabağ Müharibəsində döyüşlər nisbi qələbə ilə, Azərbaycan Xalqının xeyrinə qurtardı...

Birinci Qarabağ Müharibəsind olduğu kimi İkinci Qarabağ Müharibəsində də, Şiə Azərbaycan Xalqı tam varlığı ilə meydana atılıb, Vətənin keşiyində durmağı özünə şəri bir vəzifə bildi...

Döyüşün müxtəlif bölgələrində həzrəti İmam Əlinin (əleyhi səlam) Şiələri, olduqları bölüylərdə namazlar qılaraq Allah Təalaya ibadət edir, Quran Kərimi tilavət edir, Allah Yolunda Cihad etməyin zəruriliyi, Şəhadətin aliliyi və Vətənin keşiyində durmağın vacibliyi haqqında moizələr edirdilər. Bir çoxları azan verir, mərsiyələr deyir, oruc tutur, yağı düşmənə qarşı qələbə qaznmaq, hərbiçilərin sağ və salamat evlərinə qayıtmaları üçün daim dualar edirdilər...

Belə bir dindar, mömin və canını öz Dini və Vətəni uğrunda verməyə hazır olan, ürəyi daim vətən eşqi ilə ot tutub alovlanan hərbiçilərdən bir dəstəsi də videoda müşahidə edəcəyiniz bölüyün əsgər və zabitləridir. Onlar, Qubadlı torpaqlarını yağı düşmənin işğalından azad etdikdən sonra, Qubadlı yüksəkliklərində Azərbaycan Bayrağını dalğalandıraraq, belə vurğulayırlar: “Qubdalı torpaqlarındayıq. Şükürlər olsun Allahımıza! Yel Yatar Tufan Yatar, Yatmaz Hüseynin Məktəbi! Ləbbeykə Ya Hüseyn! Ləbbeykə Ya Əli! Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd. Və əccil fərəcəhum! ”

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*