?>

Qubad İbadoğlu bərpa işlərinin vəziyyətini kəskin tənqid etdi

Qubad İbadoğlu bərpa işlərinin vəziyyətini kəskin tənqid etdi

Tanınmış iqtisadi ekspert iddia edib ki, Azərbaycan hakimiyyəti işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərini korrupsiya maraqları ilə idarə edir.

ABNA24 Xəbər Verir, Qubad İbadoğlu Facebook səhifəsində yazdığı məqalədə bilddirir: Qarabağın bərpası iş adamları, yerli əhali üçün əlavə imkanlar yaradır. Belə ki, yerli sahibkar sifarişlər ala, işsizlər isə orda iş yerləri qazana bilərlər. Lakin, əldə olunan məlumatlara görə, hakim ailəyə yaxın çevrəyə daxil olan yüksək çinli məmurlara məxsus şirkətlərdən və özününkülərdən  savayı özgə sahibkar ora buraxılmır. Hətta verilən məlumata görə, Azərbaycanda işsizlik yüksək səviyyədə olmasına baxmayaraq, Qarabağda işləmək üçün xaricdən işçilər də gətirilir. 

Məqalənin davamında deyilir: Hansı şirkətlər Qarabağı tikir, inşa edir, yolları, tunelləri çəkir, torpaqları əkir, becərir, axı bütün bunlar nə kommersiya, nə də dövlət sirri deyil. Nədən, hakimiyyət bu barədə məlumatları gizli saxlayır? Oğurluq yoxdursa, niyə şəffaflıq və hesabatlılıq olmasın? Niyə Qarabağda görülən işlərlə bağlı Azərbaycan xalqına, ən azından məcbur köçkünlərə məlumat verilmir? 

İqtisadçının fikrincə, Azərbaycan qanunvericiliyi dövlətdən maliyyələşən layihələrin icraçılarının açıq və rəqabətli tenderlər vasitəsilə müəyyənləşdirilməsini tələb edir, lakin, buna da əməl olunmur. Əgər şəhidlərin ruhu, qazilərin qanı bulaşmış, xalqın 27 il həsrətində olduğu torpaqlarda da korrupsiya çiçəklənəcəksə, onda ora normal xarici investor da gəlməyəcək, eyni zaman məskunlaşma da xeyli ləngiyəcək. 

Quban İbadoğlu sonra yazır: Qarabağın bərpası və inkişafı prosesində xarici sərmayə çox önəmlidir, amma, hökümətin  korrupsiya maraqları  işğaldan azad edilmiş ərazilərə xarici investisiyaların cəlbinə  mane olur. Məgər, torpaqları vətən oğulları ona görə azad etdi ki, orda yeni korrupsiya ocaqları formalaşdırılsın və büdcədən talan olunan pulların sorağı sonradan da offşor şirkətlərdən gəlsin.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*