?>

Quantanamoda günahsız müsəlmanlara işgəncə verilir

Quantanamoda günahsız müsəlmanlara işgəncə verilir

İngilis yazıçısı, Quantanamoda günahsız insanların vəziyyətindən bəhs edib. O, bildirib ki, buradakı məhbuslar, sadəcə müsəlman olduqları üçün ABŞ və İngiltərə tərəfindən ən dəhşətli işgəncələrə məruz qalırlar.

ABNA24 Xəbər Verir, İngilis yazıçısı Peter Urbon "Yaxın Şərq I" məqaləsində yazıb: "Britaniya kimi bir ölkə Britaniya xristianlarının Kuba həbsxanalarında işgəncəyə məruz qalmasına heç vaxt icazə verməzdi. Amma Quantanamo həbsxanasında britaniyalı müsəlmanların işgəncələrə məruz qalmasına münasibət bildirməyib."

Məqalənin davamında belə deyilir: "Ötən il Əhməd Rəbbani adlı pakistanlı taksi sürücüsü Pakistan hökumət rəsmiləri tərəfindən evindən qaçırılaraq paytaxt İslamabada aparıldı. Daha sonra o, Əfqanıstanın Kabil şəhərində, ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən idarə olunan MKİ-nin idarə etdiyi qaranlıq həbsxanaya köçürüldü. O, burada müxtəlif işgəncələrə məruz qaldı.

Bu məqalədə həmçinin qeyd olunub ki, Rəbbani, Əfqanıstan Kobalt Həbsxanasında 540 gün qaldıqdan sonra Quantanamo Hərbi Həbsxanasına köçürüldü. Bu həbsxana Kubanın cənub-şərqindəki bir adada yerləşir. Bu həbsxana, ABŞ hökumətinə məxsusdur. ABŞ hökuməti burada məhbusları heç bir ittiham irəli sürmədən ömürlük həbsdə saxlamaq imkanına malikdir.

ABŞ Senatının 2012-ci ildə açıqladığı hesabata görə, Rəbbani təqsirsiz hesab edilib. Lakin o, Həsən Qol adlı Əl-Qaidə əməliyyatçısı yerinə səhvən həbs edilib. Buna baxmayaraq, Birləşmiş Ştatlar Rabbanini Quantanamoda on ildən artıqdır ki, saxlayır.

Peter Urban məqaləsinin sonunda belə yazır: "Quantanamo həbsxanası hələ də açıqdır. Günahsız insanlar hələ də onun kameralarında həbsdədirlər. Bu həbsxana 11 Sentyabrdan sonra yaranan İslamofobiya nəticəsində günahsız müsəlmanlara qarşı davam edən vəhşiliyin və barbarlığın sübutudur.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*