?>

QMİ ətrafında nə baş verir?

QMİ ətrafında nə baş verir?

İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyin edilməsi səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alına bilər.

ABNA24 Xəbər Verir, bununla bağlı məsələ “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinat səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana verilir. Müvafiq qurum təyinatla bağlı sadəcə Qafqaz Müsəlmanları İdarəsinə məlumat verəcək.

Bu qanunun 8-ci maddəsinin hazırkı variantı isə belədir: “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur.

Qanuna dəyişikliklərin Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında müzakirə edilməsi nəzərdə tutulur. Əgər dəyişikliklər reallaşarsa, bu, faktiki olaraq QMİ-nin məscidlər üzərində təsirini sıfıra endirəcək və onun dini sferada yeganə fəaliyyəti dini təqvimlərin, Məhərrəm, Ramazan və Qurban bayramlarının daxil olması ilə bağlı fətva verməkdən o tərəfə keçməyəcək. Hələlik Şeyxülislam bu məsələyə reaksiya verməyib. Ancaq iddialara görə, o, dövlətin müvafiq qurumlarının rəhbərliyinə bu düzəlişə narazılığını bildirib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Azər Badamov bildirib ki, bu dəyişikliklər qanunun təkmilləşdirilməsi üçün nəzərdə tutulub. Ümumilikdə din sahəsində fəaliyyət təkmilləşdirilir.

Dini mövzular üzrə ixtisaslaşmış jurnalist, ekspert Kənan Rövşənoğlunun bildirdiyinə görə, “Dini etiqad azadlığı haqqında” Qanunun 8-ci maddəsinə təklif olunan dəyişiklikdən sonra Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məscidlərə nəzarəti tam itirəcək.

K.Rövşənoğlunun fikrincə, məscidin imamı icma tərəfindən təklif olunmalı, müvafiq qurumlar isə bunu təsdiq etməlidir.

 

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*