?>
Qərbi Asiya Xəbərləri – İşğal Olunmuş Fələstin Əraziləri

Qeyri-leqal İsrail rejimi ŞOK-da, Calbou həbsxanasından 6 fələstinli əsir belə qaçdı – Foto Reportaj

Altı fələstinli məhbus tunel qazaraq işğalçı sionist İsrail rejiminin ən müasir həbsxanasından qaçmağı bacarıb.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, altı fələstinli məhbus işğal olunmuş Fələstinin şimalındakı Bisan bölgəsindəki Calboua həbsxanasından tunel qazaraq qaçıblar. Sionist ordusu altı fələstinli əsirin qaçmasından sonra hazır vəziyyətə gətizdirilsə də lakin heç bir fayda verməyib.

İslami Cihad hərəkatında olan məlumatlı mənbələr deyir: Calbou həbsxanasından əsirlərin qaçması əməliyyatının komandiri, işğalçıların həbsxanalarında İslam Cihadının ən yaşlı əsiri olan "Mahmud Abdullah Əl-Areza" dır.

İslami Cihad üzvlərinin əsirlikdən qaçması əməliyyatı sionist rejimin təhlükəsizlik təşkilatları üçün şiddətli bir zəlzələdir. İslami Cihad Təşkilatı bu əməliyyatı, işğalçı orduya və ümumilikd sionist rejiminə ağır zərbə vuran böyük bir qəhrəmanlıq əməliyyatı adlandırıb.

"Xızır Adnan", Fələstin İslami Cihad hərəkatının liderlərindən biri bu haqda açıqlama verərək deyib: “Altı fələstinli məhbusun tunel qazmaqla Calboua həbsxanasından azadlığa çıxmaq müvəffəqiyyətləri, müqavimət üçün bir zəfərdir və Qüds Qılıncı Döyüşü zəfərlərinin davamı olaraq hesab olunur. Eyni zamanda bu həm də sionist rejim ordusu üçün ən ağır məğlubiyyətdir.

Xatırladaq ki, Fələstin İslami Cihad Təşkilatı İran İslam Respublikasına bağlı silahlı müqavimət təşkilatıdır.

Bu arada Həmasın sözçüsü Fovzi Barhum, bütün təhlükəsizlik maneələrinə baxmayaraq, altı məhbusun sərbəst buraxılmasının cəsarətli və qəhrəmanlıq olduğunu vurğulayıb.

Brahum əməliyyatı Fələstinli qəhrəman əsirlərin əzmkarlığı üçün böyük bir zəfər olaraq xarakterizə etdi və bu qələbənin özünü məğlubedilməz hesab edən İsrail təhlükəsizlik qüvvələri üçün əsl çətinlik yaratdığını söylədi.

Həmas vurğuladı ki, bu qələbə sionist düşmənin əlində olan bütün imkanlara baxmayaraq heç vaxt qalib gəlməyəcəyini sübut etdi.

Həmas hərəkatı, bu qəhrəmanlıq əməliyyatının Fələstin xalqının azadlıq mübarizəsinin həbsxana daxilində belə davam etdiyini və dayanmayacağını sübut etdiyini bildirdi.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*