?>

Qazilər evsiz qaldıqları halda Bakı və Gəncədə sahibsiz heyvanlar üçün sığınacaq tikilir!!!

Qazilər evsiz qaldıqları halda Bakı və Gəncədə sahibsiz heyvanlar üçün sığınacaq tikilir!!!

Bir neçə həftədir davam edən tikinti-quraşdırma işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Gəncə-Samux yolu, Atabəylər prospektində yerləşən sığınacaq yaxın günlərdə fəaliyyətə başlayacaq.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Bakıda olduğu kimi Gəncədə də sahibsiz heyvanlar üçün mənzillər tikilir və vaxtı-vaxtında qidalandırılırlar. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə İctimai İştirakçılıq Məclisi və Gəncə şəhər Kəpəz Bələdiyyəsinin birgə təşəbbüsü ilə sahibsiz küçə heyvanlarının yerləşdirilməsi üçün sığınacaq inşa edilir.

"Report"un məlumatına görə, inşa işləri Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstahsalat Birliyinin Təmir-bərpa və tikinti şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilir.

İctimai əsaslarla fəaliyyət göstərəcək olan sığınacaqda ilkin olaraq 50 heyvanın yerləşdirilməsi üçün şərait yaradılacaq. Sığınacaqda heyvanların müəyyən edilmiş saatlarda qidalandırılması, baytar tərəfindən müayinə və müalicəsi, həmçinin peyvəndlənməsi təmin olunacaq.

Bir neçə həftədir davam edən tikinti-quraşdırma işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Gəncə-Samux yolu, Atabəylər prospektində yerləşən sığınacaq yaxın günlərdə fəaliyyətə başlayacaq.

P.S: Xalq ölürsə ölsün cəhənnəmə ki, təki şah zatiləri sağ olsun.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*