?>
Qərbi Asiya Xəbərləri – Fələstin

Qassam Biriqadası: Əsir İsrail əsgərləri bizim şərtlərimiz xaricində azadlığın rəngini görməyəcəklər

Qassam Biriqadası: Əsir İsrail əsgərləri bizim şərtlərimiz xaricində azadlığın rəngini görməyəcəklər

Həmas siyasi bürosunun üzvü Xəlil əl-Həyyə, İsrail əsirlərinin Fələstinli məhbuslar azad olunana qədər azadlığın rəngini görməyəcəklərini bildirərək qeyd edib: “Sionistlər Müqavimətin şərtlərini qəbul etdikləri tərzdə bu rejimlə əsir mübadiləsi müqaviləsini yazmağa hazırıq.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Həmasın hərbi qanadı Şəhid İzzəddin əl-Qasam taburları, Telegram hesablarında dörd İsrail əsirinin şəkillərini yayımlayaraq, İsrail ordusunun müqavimət şərtləri xaricində əsirlərin azadlığın rəngini görməyəcəyini bir daha bildirdilər.

Bununla əlaqədar olaraq, Həmas siyasi bürosunun üzvü Xəlil əl-Həyyə, İsrail əsirlərinin Fələstinli məhbuslar azad olunana qədər azadlığın rəngini görməyəcəklərini bildirərək qeyd edib: “Sionistlər Müqavimətin şərtlərini qəbul etdikləri tərzdə bu rejimlə əsir mübadiləsi müqaviləsini yazmağa hazırıq.”

Əl-Hayyə, “əl-Əqsa” şəbəkəsinə yüksək səviyyəli Həmas nümayəndə heyətinin Qahirəyə səfərinin və Misir kəşfiyyat rəsmiləri ilə görüşünün nəticələri barədə danışaraq deyib: “Bu görüşlərdə Misirlə münasibətlər, Qəzzanın mühasirəsi və yenidən qurulması, əsirlərin işi və sionist düşmənin təcavüzü də daxil olmaqla müxtəlif məsələlər və işlər müzakirə edildi.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*