?>
Qarabağ İslam Torpağıdır

Qarabğdan qaydıan əsgərimizin ürək sözü: Yaşayacağımız ömür böyu əzab çəkəcəyimiz bir yarayla gəlmişik- Video

Bir İslam Qazisi və Şəhidinin hər zaman məqamları alidir, üstün, toxunulmaz və hörmətə layiqdirlər.

Allah göstərməmiş əgər Şəhidlərə və Qazilərə cəmiyyət və kütlə tərəfindən, rəsmi və qeyri-rəsmi orqanlar tərəfindən hörmət qoyulmazsa, gördükləri igidliklər müqabilində Qazilərdə ruh düşkünlüyü yaradılarsa və Şəhidlər tez bir zamanda unudularsa Şəhidlər, Qazilər və onların ailələri üçün bundan böyük dərd, o cəmiyyət və kütlə üçün isə bundan alçaq görə biləcəyi bir şey yoxdur...


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Ermənistan işğalçı qüvvələrinin Azərbaycan Respublikası əleyhinə başlatdığı ikinci Qarabağ Müharibəsinə Azərbaycanın igidləri “Ləbbeykə Ya Hüseyn!” deyərək qatıldılar. Onlar döyüşlərdə tarix yazıb dastanlara çevrildilər...

Bəziləri döyüşlərdə tikə-tikə olaraq canlarını İslam Torpaqlarının azadlığı uğrunda qurban verdilər, bəziləri müxtəlif dərəcəli ağır yaralara alaraq sağlamlıqlarını əbədi itirdilər, müxtəlif fiziki qüsurlarla ömürlərinin axırına kimi yaşamalı olacaqlar, bəziləri digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularına səbəb olan zədələr alaraq geri döndülər...

Bütün bunlar hər bir müharibədə baş verəcək normalardır. Allah Uğrunda İslam Torpaqlarının işğaldan azad edilməsi üçün döyüşə gedən mücahidlər üçün isə bu fiziki qüsurlar fəxr nişanələridir...

Bir İslam Qazisi və Şəhidinin hər zaman məqamları alidir, üstün, toxunulmaz və hörmətə layiqdirlər. Allah göstərməmiş əgər Şəhidlərə və Qazilərə cəmiyyət və kütlə tərəfindən, rəsmi və qeyri-rəsmi orqanlar tərəfindən hörmət qoyulmazsa, gördükləri igidliklər müqabilində Qazilərdə ruh düşkünlüyü yaradılarsa və Şəhidlər tez bir zamanda unudularsa Şəhidlər, Qazilər və onların ailələri üçün bundan böyük dərd, o cəmiyyət və kütlə üçün isə bundan alçaq görə biləcəyi bir şey yoxdur...

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəјə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*