?>
Qarabağ İslam Torpağıdır

Qarabağda Şəhid olan Gizir Qasımov Təbriz Ramiz oğlunun şəhadətindən öncəki səs yazısı – Audio MP4

Əgər bir ictimaiyyət eyş və işrət düşgünü olaraq öz şəhidlərini unutqanlığa verərsə o toplumda şəhidlər ölmüşdür

Şəhidlər ölü deyildilər. Onlar diridir və bizim əməllərimizi müşahidə edirlər. Quran Kəqimdə, Muhəmməd (səlləllahu əleyhi və alih) sürəsinin 4-cü ayəsində Allah Təalanın buyuruduğu kimi “(Ey möminlər!) Kafirlərlə (döyüş meydanında) qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət, onları məğlub (darmadağın) etdikdə, (qaçmasınlar deyə, əl-ayaqlarını) kəndirlə möhkəm bağlayın. Sonra da müharibə bitdikdə onları ya (boyunlarına minnət qoyub) pulsuz və parasız, ya da fidyə müqabilində azad edin!. (Əmr) budur! Əgər Allah istəsəydi, onlardan (başqa cür – müharibəsiz də) intiqam ala bilərdi. Lakin O sizi biri-birinizlə imtahana çəkmək üçün (vuruşmağınızı əmr etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini əsla puç etməz.”


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, sionist İsrail rejimi, ABŞ, Qərb İttifaqı, Rusiyanın dəstəyi ilə, Ermənistan işğalçı respublikasının Azərbaycan Respublikası əleyhinə başlatdığı İkinci Qarabağ müharibəsində Hüseynçi əsgər və zabitlərimiz şirin canlarından keçərək torpaqlarımızı geri almağa nail olmuşlar...

Şəhidlər ölü deyildilər. Onlar diridir və bizim əməllərimizi müşahidə edirlər. Quran Kəqimdə, Muhəmməd (səlləllahu əleyhi və alih) sürəsinin 4-cü ayəsində Allah Təalanın buyuruduğu kimi “(Ey möminlər!) Kafirlərlə (döyüş meydanında) qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət, onları məğlub (darmadağın) etdikdə, (qaçmasınlar deyə, əl-ayaqlarını) kəndirlə möhkəm bağlayın. Sonra da müharibə bitdikdə onları ya (boyunlarına minnət qoyub) pulsuz və parasız, ya da fidyə müqabilində azad edin!. (Əmr) budur! Əgər Allah istəsəydi, onlardan (başqa cür – müharibəsiz də) intiqam ala bilərdi. Lakin O sizi biri-birinizlə imtahana çəkmək üçün (vuruşmağınızı əmr etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini əsla puç etməz.”

Amma əgər bir ictimaiyyət eyş və işrət düşgünü olaraq öz şəhidlərini unutqanlığa verərsə bu zaman o toplumda artıq şəhidlər ölmüş sayılır. Və bu ən qorxulu bir hadisədir ki, düşmən qüvvəsinə qələbə çalmış bir xalqın başına gələ bilsin...

Allah naminə Vətənin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Şəhid Gizir Qasımov Təbriz Ramiz oğlu Azərbaycanın Hüseynçi hərbiçilərindən biri idi...

Biz ABNA saytı olaraq Hüseynçi hərbiçimiz Şəhid Gizir Qasımov Təbriz Ramiz oğlunun şəhadətindən öncə mömin qardaşı ilə son danışıq səsini saytımızın hörmətli izləyicilərinə çatdırırıq.

Qeyd edək ki, şəhidimiz 07.11.2020 tarixdə Yemşənli kəndində torpağa tapışırıldı.

Ruhun şad olsun vətən oğlu yerin heç şübhəsiz cənnətdir

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*