?>

Qarabağda “Rusiya Şöhrət Xiyabanı”-nın açılışı olub

Ötən gün Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı fəaliyyətinin bir ili tamam olub. Bu münasibətlə keçirilən mərasimdə Qarabağda “Rusiya Şöhrət Xiyabanı”-nın açılışı olub.

ABNA24 Xəbər Verir, Xocalıda özlərinə provaslav kilsəsi tikib bir illik fəaliyyətlərinin açılışını etdikdən sonra  növbəti açılış mərasimindən də görüntülər yayıblar.  Bu mərasimdə də  Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov və Rusiya sülhməramlı kontingentinin hazırkı komandanı general-leytenant Gennadi Anaşkin  də iştirak edib.

 Rusiya sülhməramlılarının Qarabağdakı hərbi düşərgəsi  Xocalı rayonuna aid olan aeroportun yaxınlığında yerləşir.  Hərbi düşərgənin ərazisində Rusiyanın tarixi və mədəniyyətinin 10 görkəmli xadiminin - Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstlərinin qoyulduğu “Rusiya Şöhrət Xiyabanı” açılıb”. 

Burada rus əsgərinə  sığınmış erməni uşağın heykəli xüsusi diqqət çəkir. Bu heykəl sanki ermənilərin soyqırımı hədəfində olduğu və Rusiya hərbçilərinin onları xilas etməsi təsəvvürünü yaradır.

Rusiya sülhməramlılarının Azərbaycan torpaqlarında yerləşdirilməsindən ötən 1 il ərzində Rusiyanın bu ərazidə davamlı tikinti əməliyyatlar həyata keçirdiyi bildirilir. Bu isə Azərbaycan Respublikasının ümumi fikri tərəfindən heç də birmənalı qarşılanmır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*