?>
Qarabağ İslam Torpağıdır

Qarabağ müharibəsinin fatehləri namazlarını vaxtında qılan Hüseynçi igidlər idi - Video

Namaz Dinin Sütünüdur! Hz. Muhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih).

həzrət Muhəmməd Peyğəmbər (əlləllahu əleyhi və alihs) namaz barəsində belə buyurub: “Müsəlmanların dəstəmaz alıb namaz qılmaqları, onların günahlarının aradan getməsinə səbəb olar. Ağac öz yarpaqlarını tökdüyü kimi, namaz da günahları insandan töküb məhv edir.” (Mədinətül-bəlağə, c-2, s-45)


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İkinci Qarabağ müharibəsində canla-başla iştirak edən Hüseynçilər böyük rəşadətliklər göstərməklə yanaşı həm də böyük mənəvi ruhiyyəyə malik idilər. Onlar ac və suzuz qalmaqlarına baxmayaraq Allah uğrunda cihada qalxaraq vətəni yağı düşmənlərdən qorudular...

Bu müharibədə əsgərlərimizə ruh yüksəkliyi verən ən əsas amil dindarlıq və Əhli-Beyt (əleyhimus səlam) Məktəbinin göstərişlərinə əməl etmək idi…

Yağı düşmənlə üz-üzə rəşadətlə döyüşən əsgərlərimiz, Allah Təalanın qarşısında xuzu və təvazö ilə ibadət edirlər…

Həzrət Mühəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih) namaz barəsində belə buyurublar:

“Vaxtında qılınan namaz göyə ucalar və onun elə bir parlaq nuru olar ki, göylərin qapıları onun üzünə açılar və Allahın dərgahına daxil olar. O zaman öz sahibinə dua eder və deyər: Sən əvvəl vaxtında məni qoruduğun kimi, Allah da səni qorusun.

Əgər namaz əvvəl vaxtında qılınmasa və ayrı vaxtda qılınsa, üzü qara göyə ucalar və göylərin qapıları onun üzünə bağlanar. Köhnə və əzilmiş bir parça kimi sahibinin üzünə vurular və belə deyər: Allah səni zay etsin, necə ki, məni əvvəl vaxtında zay etdin.” (Məhasin-bərqi, s-81)

Digər bir hədisdə həzrət Muhəmməd Peyğəmbər (əlləllahu əleyhi və alihs) namaz barəsində belə buyurub: “Müsəlmanların dəstəmaz alıb namaz qılmaqları, onların günahlarının aradan getməsinə səbəb olar. Ağac öz yarpaqlarını tökdüyü kimi, namaz da günahları insandan töküb məhv edir.” (Mədinətül-bəlağə, c-2, s-45)

#Qarabağ_İslam_Torpağıdır #Qarabağ_Azərbaycanındır

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*